• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan elektromobil istehsalına başlayır

Azərbaycan elektromobil istehsalına başlayır
03.10.2018 17:00
Naxçıvan avtomobil zavodu elektromobil istehsal edəcək.

Trend-in məlumatına görə, zavod avtomobil sənayesində müasir dövrün ən aktual məsələsi olan elektriklə çalışan avtomobillər istehsal etmək üçün hazırlıqlar görür və qısa zamanda bu layihəni həyata keçirməyi planlaşdırır.

Naxçıvan avtomobil zavodunun direktoru Musa Abdullayev deyib ki, bu, həm qənaətlilik, həm də ekoloji cəhətdən ən öndə duran məsələlərdən biridir: "Bundan əlavə olaraq LİFAN minivenlərinin bazasında "təcili tibbi yardım” üçün istifadə oluna biləcək avtomobillər sifariş etmiş və 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrin yığımını həyata keçirəcək".

Zavod direktoru qeyd edib ki, Naxçıvan avtomobil zavodu blokada şəraitində olan Muxtar Respublikada təsis olunub və 2010-cu ildə fəaliyyətə başlayıb: "Məqsəd Muxtar Respublikanın sosial-iqtisadi, ictimai məsələlərində iştirak etmək, iqtisadiyyatın inkişafına öz təhvəsini verməkdən ibarət idi. Bugünədək zavodda 5000-dən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq LİFAN markalı 4 model avtomobil istehsal olunub və NAZ-LİFAN brendi altında satışa çıxarılır. Hal-hazırda ticari avtomobillər də daxil olmaqla model sırası 14 fərqli modeldən ibarətdir".

M.Abdullayevin sözlərinə görə, zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal edili: "Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilmiş, avtomobillərin keyfiyyətinə verilən zəmanət müddəti və sürüş məsafəsi artırılaraq 3 il və ya 150.000 km-ə çatdırılmışdır. Hal-hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan sayılan NAZ-LİFAN 820 modeli; ekonomik NAZ-LİFAN 330 modeli; zavodun satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə flaqman modeli olan 620 modelinin yeni dizayn və yeni ekonomik mühərrik ilə təchiz olunmuş NAZ-LİFAN 650 (NAZ-LİFAN 620-II) modeli və krosover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyyatı daha az olan yenilənmiş mühərriklə təchiz olunmuş NAZ-LİFAN X60 modeli istehsal olunur".

Direktor əlavə edib ki, zavodda istehsal olunan avtomobillərin maya dəyərinin aşağı salınması məqsədilə, bəzi ehtiyat hissələrinin respublikada istehsal olunması planlaşdırılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol