• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqataladakı yeni Satış və Xidmət Mərkəzinə gələn ilk 50 abunəçi “Bakcell”dən hədiyyə qazanıb

Zaqataladakı yeni Satış və Xidmət Mərkəzinə gələn ilk 50 abunəçi “Bakcell”dən hədiyyə qazanıb
03.10.2018 17:06
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti Satış və Xidmət Mərkəzini Zaqatala şəhərindəki abunəçilərinin istifadəsinə verib. Beləliklə, Şirkət bir-birinin ardınca 3 gündə 3 yeni mərkəzin - Göyçayda diler mağazasının, Qəbələ və Zaqatalada isə satış və xidmət mərkəzlərinin açılışını edib.

Bakcell həm özünün yüksək sürətli 4G şəbəkəsi ilə yanaşı satış və xidmət şəbəkəsini də Azərbaycanın regionlarına doğru genişləndirir. Bu fəaliyyət planı çərçivəsində Zaqatalada açılmış yeni Satış və Xidmət Mərkəzi Bakcell abunəçilərinə tam çeşiddə müştəri xidmətlərindən yararlanmaq, eyni zamanda ən son model mobil cihazlar, mobil nömrə və aksessuarlar əldə etmək imkanı verir.

"Bakcell ölkənin ən innovativ məhsul və xidmətlərini və ən sürətli mobil internetini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün böyük işlər görür. Bizim 4G xidmətimiz artıq Zaqatala da fəaliyyət göstərir və yerli əhali Bakcell şəbəkəsinin etibarlılığı və yüksək sürətindən tam şəkildə yararlanmaq imkanına malikdir. İnanıram ki, açdığımız yeni Satış və Xidmət Mərkəzi abunəçilərimizə əlavə rahatlıq və üstün müştəri təcrübəsi bəxş edəcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib

Yeni xidmət mərkəzinə baş çəkən ilk müştərilər maraqlı sürprizlə qarşılaşıblar. Belə ki, buradakı xidmətlərdən faydalanan ilk 50 abunəçi "Bakcell”dən pulsuz 4G data kartı və 1 ay pulsuz İnternet hədiyyə qazanıb.

Bakcell özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəsini Azərbaycanın bütün bölgələrinin sakinlərinə daha yaxın etmək məqsədilə həm mobil rabitə, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol