• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bankçılığında yenilik!

Azərbaycan bankçılığında yenilik!
10.10.2018 09:59
Müasir innovativ texnologiyaların inkişafına böyük önəm verən Kapital Bank, Azərbaycanda daha bir ilkə imza atdı. Belə ki, artıq alış-verişə gedərkən cibinizdə pul və ya ödəniş kartının olması önəmli deyil. Artıq mağazaya gedərkən, ödənişləri smartfon vasitəsilə etmək mümkündür.

"QR Pay” adlanan yeni ödəniş növündən istifadə etmək üçün BirBank tətbiqini telefona yükləmək kifayətdir. Bunun üçün alış-veriş etdikdən sonra kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır. Ödəniş etmək üçün BirBank-da olan istənilən kartın hesabından istifadə etmək olar – hətta Kapital Bank-a aid olmayan kartdan da.

Odur ki, BirBank tətbiqi olan müştərilər müxtəlif mağazaların kassalarında "QR Pay” posterini gördükdə, ödənişi daha rahat və təhlükəsiz qaydada həyata keçirə bilərlər. Ödənişlərin bu formada olması həmçinin ölkədə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində yeni mərhələyə keçid hesab olunur.

Qeyd edək ki, hazırda 200 000-dən artıq BirBank istifadəçisi vardır. Tətbiqi iOS istifadəçiləri "App Store”dan, Android istifadəçiləri isə "Play Market”dən yükləyib, 1 dəqiqə vaxt sərf etməklə istənilən bankın kartı ilə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün — www.kapitalbank.az/news/birbank-456.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol