• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun keçirilməsinə dəstək göstərdi

Bakcell Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun keçirilməsinə dəstək göstərdi
12.10.2018 15:12
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell oktyabrın 9-da Bakıda keçirilmiş Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun sponsoru olub.

Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi (Ost-Ausschuss – Osteuropaverein der Deutschen Wirtschaft e.V.) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Bu ilki tədbirin əsas mövzuları enerji və İKT sektorunda islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edib. Forumun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının Enerji və İKT sahələri üzrə layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək olub.

Tədbirdə Azərbaycan hökumətinin rəsmiləri, yerli biznes mühitinin yüksək vəzifəli nümayəndələri, Almaniyanın Azərbaycandakı Səfirliyinin və aparıcı alman şirkətlərinin nümayəndələri iştirak edib. Qonaqlar enerji sektorunda innovasiyalar və iqtisadi islahatlar sahəsində İKT-nin hərəkətverici qüvvəsi barədə panel müzakirələrində iştirak edib.

Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının 2018-ci ildən üzvü olan Bakcell şirkəti palatanın əməkdaşlıq və partnyorluq münasibətlərinin stimullaşdırılması və həmçinin Azərbaycanda ümumi biznes mühitinin inkişaf etdirilməsi sahəsində təşkil etdiyi tədbir və təşəbbüslərinə fəal şəkildə dəstək göstərir.

Artıq 20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. Bakcell ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir. "Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatın və ümumi biznes sektorunun inkişafına töhfə verir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol