• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən əhaliyə müjdə: 50 faiz ucuzlaşacaq

Nazirdən əhaliyə müjdə: 50 faiz ucuzlaşacaq
10.12.2018 14:16
"Azərbaycanın kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi bu sahədə xərcləri 20-30 faiz azaltmağa imkan verəcək".

Anews.az modern.az-a istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Azərbaycanda ilk dəfə "AgTech and Green Energy" aqrar və yaşıl texnologiyalar mövzusunda keçirilən beynəlxalq forumda deyib.

Nazirin sözlərinə görə, bununla məhsudarlığın artırılmasına nail olmaq mümkün olacaq. Qeyd edib ki, bu da ərzaq məhsullarının 45-50 faiz ucuzlaşmasına gətirib çıxaracaq.

İ.Kərimov bildirib ki, bu gün ölkədə aqrar sektor iqtisadi inkişafın aparıcı istiqamətidir və son illərdə bu sahədə nəzərəçarpan nəticələr əldə olunub:

"Buna misal olaraq cari ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsulları istehsalının 4,3 faiz artdığını göstərmək olar. Bundan başqa, Azərbaycan bu gün aqrar məhsulların ixracatçısına çevrilib".

Qeyd edək ki, Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy" mövzusunda beynəlxalq forum keçirilir.

"Yaşıl gələcək üçün innovasiyalar" şüarı ilə təşkil edilmiş forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forum "Energetika və aqrar texnologiyaların gələcəyi", "Aqrar və yaşıl enerji üçün texnologiyalar", "Aqrar və energetika texnologiyaları üzrə Akademiya", "Siyasətin təsiri", "Yeni innovativ ekosistemlər", "Fermerlər üçün seksiya", "Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası", "Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası", "Startap və innovasiya ekosistemi seminarı" panelləri üzrə keçiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol