• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq iqtisadi biliklər Azərbaycana gətirilir

Beynəlxalq iqtisadi biliklər Azərbaycana gətirilir
13.12.2018 14:11
Beynəlxalq iqtisadi nəzəriyyə və siyasət, makroiqtisadiyyat və mikroiqtisadiyyat haqqında dünyada geniş yayılmış üç kitabdan birbaşa istifadə imkanı
Azərbaycana beynəlxalq bilik və təcrübələrin ötürülməsinə BP-nin töhfəsi
Azərbaycan universitetlərinin iqtisadiyyat fakültələrində tədrisin keyfiyyətinin artırılmasına və təhsilin modernləşdirilməsinə əhəmiyyətli dəstək

Bu gün BP Azərbaycanda təhsilin inkişafına göstərdiyi dəstək çərçivəsində dünyada geniş yayılmış üç kitabın Azərbaycan dilinə tərcümə edilmiş nəşrini təqdim edib.

Bu üç kitab aparıcı beynəlxalq universitetlərdə geniş istifadə edilir və bir çox dillərə tərcümə edilmişdir. Bu kitablar universitetlərin iqtisadiyyat fakültələrindəki tələbələrin və müəllimlərin, habelə iqtisadi nəzəriyyələr, siyasətlər və inkişaflar üzrə ixtisaslaşan daha geniş auditoriyanın istifadə etməsi məqsədilə ilk dəfədir Azərbaycan dilinə tərcümə edilib.

Sözügedən kitablar aşağıdakılardır:

Beynəlxalq İqtisadiyyat: Nəzəriyyə və siyasət (müəlliflər: Pol R. Kruqman, Mauris Obstfeld və Mark J. Melitz); 

Makroiqtisadiyyat (müəllif: Olivier Blanşar); 

Mikroiqtisadiyyatın əsasları (müəlliflər: Karl E. Keys, Rey C. Feyr və Şaron E. Oster). 
Bu üç kitabın təqdimat mərasimində çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi, BP Azərbaycana beynəlxalq bilik və təcrübənin ötürülməsinə yardım edən fəaliyyətlərə dəstək verməkdən qürur duyur. Bu təşəbbüs BP-nin Azərbaycandakı sponsorluq siyasətinin prioritet sahələrindən biri olan təhsilə göstərdiyimiz dəstək çərçivəsində həyata keçirilib. Azərbaycan dilində nəşr edilməsi üçün seçdiyimiz bu kitablar dünyanın aparıcı universitetlərində geniş istifadə edilir və bu da, bizim iqtisadiyyat sahəsində tədris edən və təhsil alan hər bir kəsə töhfəmizdir. Faktiki olaraq, bu kitabları tərcümə və çap etməklə biz iqtisadiyyat fakültələrindəki tələbələrə və müəllimlərə dünyanın bilik və təcrübə xəzinəsindən birbaşa faydalanmaq imkan yaratmışıq. Biz Azərbaycana təhsil sahəsində ən qabaqcıl beynəlxalq bilikləri, nailiyyətləri və təcrübəni gətirmək məqsədilə yerli universitetlərə dəstək verən bu təşəbbüsün davam edəcəyinə ümid edirik.”

BP-nin yerli universitetlərə hədiyyəsi olan bu kitabları həmçinin yerli kitabxanalar və əlaqədar təhsil müəssisələri vasitəsilə bütün maraqlanan şəxslər də əldə edə biləcəklər.

Üç kitabın tərcümə və çap xərcləri ümumilikdə təxminən 268000 AZN təşkil edib.
 
Redaktorlar üçün qeydlər

BP dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və onun fəaliyyəti əsas enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatını əhatə edir.

BP şirkəti 26 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir. Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 72 milyard dollardan artıq sərmayə qoyub və on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini (yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlmiş) həyata keçirməklə yerli icmalara töhfələr verib. 

Azərbaycanda BP şirkətində 2550 nəfərdən çox Azərbaycan vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir.

Əlavə məlumat üçün BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: (+994 12) 525 58 95
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol