• $
  • €
  • ₽
  • ₺
  • £

İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti

İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti
22.12.2018 17:28

 
Son zamanlar inşaat sektorunda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı yazılan xəbərlərdən yola çıxaraq mövzu ilə bağlı araşdırma nəticələrini oxucularımıza təqdim edirik.

Araşdırmamızı yazıda xüsusi ilə qeyd  edilən Paşa İnşaatın sifarişi ilə  podratçı şirkətlərin inşa etməkdə olduğu  qaçqın və məcburi köçkün ailələri üçün nəzərdə tutulan Qobu Park və Pirallahı yaşayış komplekslərinin inşasında istifadə edilən armatur materialının keyfiyyətinin yoxlanılması ilə başladıq.

Araşdırma zamanı müəyyən edildi ki, qeyd edilən layihələrdə istifadə üçün 2017-2018 ci illər üzrə  Rusiya Federasiyasına məxsus Novokuznetsk şəhərindəki "Evraz” və Çelyabinsk şəhərindəki "Meçel” metallurgiya zavodlarından 12300 ton A-500 markalı armatur idxal edilmişdir.  Bununla yanaşı qeyd edilən illər ərzində layihələri icra edən podratçı şirkətlər Baku Steel Company MMC-dən 3690 ton armatur materialı alışı etmişdir. Alınmış materialların keyfiyyəti və standartlara uyğunluğunun yoxlanılması məqsədilə FHNin müvafiq qurumları tərəfindən müxtəlif tarixlərdə material nümunələri götürülərək  S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyasında yoxlanılmış və laboratoriya nəticələri podratçı şirkətlərə təqdim edilmişdir. Bu tip yoxlamanın sonuncusu 12.12.2018ci tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aparılmış, nəticələri isə 18.12.2018ci il tarixdən podratçı şirkətə təqdim edilmişdir.  (Laboratoriya yoxlama nəticələri araşdırmamıza əlavə edilir).  S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyanın təqdim etdiyi nəticələrə tərəfimizdən baxış keçirildi, məlum oldu ki qeyd edilən layihələrdə istifadə edilən armatur materialları tələb edilən qayda və normalara tam uyğundur, inşaat zamanı heç bir əlavə ölkənin və ya sexlərin keyfiyyətsiz və tələblərə cavab verməyən materiallarından istifadə edilməmişdir.
 


 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol