• $
  • €
  • ₽
  • ₺
  • £

Yasin Cəlilov "Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinə üzv seçilib

Yasin Cəlilov "Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinə  üzv seçilib
06.02.2019 21:14
Rusiyanın "VTB" bankının Azərbaycandakı törəməsi olan "Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinə yeni təyinat olub. Banker.az-ın banka yaxın mənbədən əldə etdiyi məlumata görə, 2019-cu ilin fevralından başlayaraq Yasin Cəlilov İdarə Heyətinə üzv seçilib.
 
Y.Cəlilov həmçinin adıçəkilən bankda Korporativ biznesin inkişafı departamentinin direktorudur. Xatırladaq ki, o, 2018-ci ilin iyul ayından etibarən adıçəkilən departamentə rəhbərlik edir. Yeri gəlmişkən, Y.Cəlilov hazırda bankın İdarə Heyətində yeganə azərbaycanlıdır.
 
Belə ki, "Bank VTB (Azərbaycan)"nın İdarə Heyətinin sədri Yevgeni Kirin, Vadim Klimenko və Roman Rudakov isə digər üzvlərdir. Qeyd edək ki, Y.Cəlilov "Xəzər" Universitetində beynəlxalq iqtisadi əlaqələr və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisasları üzrə bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında isə iqtisadiyyat və menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin, 2015-2018-ci illərdə Böyük Britaniyanın "Warwick Business School" ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib.
 
Y.Cəlilov peşəkar fəaliyyətinə 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının Sənədli əməliyyatlar şöbəsində aparıcı mütəxəssis kimi başlayıb. O, qazandığı təcrübə sayəsində 2006-cı ildə daha məsul vəzifəyə təyin olunmaqla fəaliyyətini Korporativ biznes departamentinin direktor müavini - Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri kimi davam etdirib. 2011-2018-ci illər ərzində Korporativ biznes departamentinin direktoru vəzifəsində çalışıb.
 
Y.Cəlilov sənədli əməliyyatlar sahəsində 22 illik təcrübəyə malikdir və qazandığı təcrübə sayəsində bir çox respublikadaxili və xarici ticarət layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etməklə öz töhfəsini verib. Onu da əlavə edək ki, Y.Cəlilov Azərbaycan Banklar Assosiasiyasında Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Eskpert qrupunun sədridir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol