• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslarda qiyməti kim qaldırır?

Avtobuslarda qiyməti kim qaldırır?
09.10.2014 19:54

Bakı avtobuslarında süni şəkildə gediş haqlarını artıran şəxslər var. Bu cür hallar dəfələrlə müşahidə olunub. Şikayət edilsə də, indiyədək heç bir tədbir görülməyib

ANN.Az  Milli.Az-a istinadən xəbər verir ki, “Sədərək” ticarət mərkəzi - "Xalqlar Dostluğu" metro stansiyası istiqamətində marşrutla hərəkət edən 194 saylı avtobus gediş haqqını qaldırıb. Bu barədə sərnişinlərin sayta ünvanladığı məktubda qeyd edilib. Bildirilir ki, ticarət mərkəzi istiqamətində hərəkət edən avtobus sürücüsü mənzil başına çatmamış Yeni Yasamalda avtobusu saxlayaraq pulu qabaqcadan yığır. Hal-hazırda isə həmin xətt üzrə hərəkət edən avtubusun gediş haqqı şəhər daxili 20 qəpik, dairəvi yol üzrə isə 30 qəpik olduğu halda, onlar sərnişindən 40 qəpik alırlar. Məsələ ilə bağlı "Bakı Sərnişin Nəqliyyat" Departamentinin Mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov ilə əlaqə saxladıq. O vurğuladı ki, həmin avtobusun sahibkarları Tarif Şurasının icazəsi olmadan qiyməti artıra bilməzlər.“Bir müddət öncə həmin marşrut üzrə hərəkət edən avtobus sürücüləri Tarif Şurasına müaciət ediblər gediş haqlarının qaldırılması ilə bağlı. Ancaq buna baxmayaraq onlara heç bir cavab verilməyib.Bəli, ola bilsin ki, bir dənə dislokasiya olunan avtobusda gediş haqqı qalxsın, ancaq bu hamısına aid deyil. Mən indi sahibkarnan da danışaram məsələylə bağlı, ancaq ən yaxşısı həmin şikayətçi özü bizə yazılı şəkildə müraciət eləsin və həmin avtobusun dövlət nömrə nişanını göndərsin”, - Etibar Əzməmmədov deyib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol