• $
  • €
  • ₽
  • ₺
  • £

“Apple” gələn həftə yeni cihazlarını təqdim edəcək

“Apple” gələn həftə yeni cihazlarını təqdim edəcək
09.10.2014 19:08

"Apple" şirkəti jurnalistləri oktyabrın 16-da keçiriləcək tədbirə rəsmi dəvət edib. Tədbirdə  "iPad" planşetləri və "iMac" kompüterlərinin yeni versiyaları nümayiş etdiriləcək.

 

"Xeyli vaxt ötüb" – dəvətdə yazılıb. Tədbir Kaliforniyada keçiriləcək və yerli vaxtla saat 22:00-da başlayacaq.

 

Proqnozlara görə, "Apple" şirkəti tədbirdə "iPad Air" və "iPad mini" planşetlərinin yeni versiyasını nümayiş etdirəcək. Gözləntilərə görə, "iPad"in tam ölçülü modeli yeni parıldamayan ekranla təchiz ediləcək ki, bu da parlaq işıqda ekrandakı informasiyanı daha rahat oxumağa imkan verəcək.

 

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, planşetlər daha güclü "A8" prosessoru, tam ölçülü "iPad" isə təkmilləşdirilmiş 8 meqapiksellik kamera ilə təchiz edilib.

 

"Bloomberg" nəşri yazıb ki, "Apple", həmçinin 9,7 düymlük modelinin çeşidinə qızılı rəng əlavə edəcək.

 

"Apple" üçün "iPad"in satış həcmi hazırda "iPhone"dan çox güclü asılı olan biznesini diversifikasiya etmək üsulu kimi böyük əhəmiyyət daşıyır. "Alma" şirkətinin dövriyyəsinin yarısı smartfonların payına düşür. Planşetlərin satış həcmi 32 milyard təşkil edir, amma son iki rübdə azalır.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol