• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Bazarlarına Nəzarət Palatasından bankların baglanması haqda açıqlama - YENİLƏNİB

Maliyyə Bazarlarına Nəzarət Palatasından bankların baglanması haqda açıqlama - YENİLƏNİB
12.02.2019 11:18
Azərbaycanda daha iki bank bağlanmaq təhlükəsilə üz-üzədir. Maliyyə bazarlarındakı mənbənin Modern.az-a verdiyi məlumata görə, yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı qərarını açıqlayacaq. Mənbə qeyd edir ki, artıq hər iki bankın rəhbərliyinə rəsmi məktub da göndərilib. Bankların rəsmi olaraq bağlanması elan olunmasa da, artıq əmanətçilər öz əmanətlərini geri çəkmək istəyir. Bankların maliyyə resursları tükəndiyindən əmanətlərin geri qaytarılmasında problemlər yaşanır. Hər iki bankın adı bizə məlum olsa da, müştərilər arasında yarana biləcək ajiotajı nəzərə alaraq, hələlik onların adını qeyd etmirik.


Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bankların bağlanmaq təhülkəsinin yaranmasının səbəbini 2015-ci il devalvasiya ilə əlaqələndirib:


"Devalvasiyalardan sonra bankların mövcud durumu, vaxtı keçmiş kreditlərin geri qaytarılmasında yaranan problemlər, kapitallaşma səviyyəsinin aşağı olması və s. davamlı olaraq gedir. Proseslərin gedişində isə dövlət proqramı qəbul olunmadı, hökumət bankların xilası ilə bağlı hər hansı addımlar atmadı. Zəif banklar getdikcə daha da ağır duruma düşməyə başladılar. 

İki yol var idi: ya bank təsisçiləri öz vəsaitləri hesabına kapitallaşmanı artırmalı idilər, ya da Mərkəzi Bank ən azından uçot dərəcəsi səviyyəsində aşağı faizli kreditlər təklif etməli idi. Hər ikisi olmadı deyə, bəzi zəif banklar, hansı ki, sizin də dediyiniz kimi, adını çəkmək doğru olmazdı, kapitallaşma problemini həll edə bilmədilər. Problemli kreditlərin həcmi də həmin banklarda digərlərinə nisbətən daha yüksəkdir. Bu nəticəyə gəlmək olar ki, bu iki bankın timsalında daha bir neçə çürük bank bazarı tərk etmək məcburiyyətində qalacaq. Necə ki, bir neçə il əvvəl 10 bankın ard-arda bağlanmasının şahidi olduq. Bu il ərzində yuxarıda sadaladığım səbəblərdən iki və daha çox bankın bağlanması ehtimalı çox yüksəkdir”.

 

N.Cəfərlinin sözlərinə görə, hazırda təhlükə ilə üz-üzə qalan iki bankda da maliyyə resursları tükənib:


"Hətta müştərilərin öz əmanətlərini geri götürməsində müəyyən problemlərin yarandığı məlumdur. İndiki halda Əmanətlərin Sığortalanması Fondu həmin əmanətçilərə heç bir yardım göstərə bilməz. Fond yalnız bank bağlandıqdan sonra işə başlayacaq. Və çox güman ki, banklar bağlanacağı təqdirdə sığortalı əmanətlərin geri ödənişləri təmin olunacaq. Əvvəlki proseslərdə Mərkəzi Bank tərəfindən Fonda 500 milyon manata yaxın kredit verildi, bağlanan bankların içərisində "Bank Standart”ın əmanətçilərinə 400 milyondan yuxarı vəsaitin qaytarılmasını Fond üzərinə götürməyə məcbur oldu. İndi isə Fondun özünün vəsaiti yoxdur. Düşünürəm ki, bir müddət sonra Mərkəzi Bank Fonda vəsait ayırmağa vadar olacaq”.
 
 
***
Maliyyə Bazarlarına Nəzarət Palatasından Anews.az-a bildirilib ki, bu yanlış informasiyadır. Palatadan hər hansı banka bu barədə məlumat gödərilməyib. 

Hər hansı bankın bağlanmaq təhlükəsi yoxdur.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol