• $
  • €
  • ₽
  • ₺
  • £

Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir

Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
25.02.2019 17:06
Energetika naziri Pərviz Şahbazovun dəvəti ilə Azərbaycana səfər edən Monqolustanın energetika naziri Çerenpil Davasurenin başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. Monqolustanın energetika naziri bildirib ki, bu səfər və keçirilən görüşlər iki ölkə arasında enerji, eləcə də digər sahələrdə əməkdaşlığı gücləndirmək, qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün bir fürsətdir. Bildirib ki, Monqolustanda neft-qaz sektoru hazırda inkişaf mərhələsindədir və bu sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Monqolustan, neft-qaz ölkəsi kimi Azərbaycanın zəngin təcrübəsindən yararlanmaqda və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin təhsil almasında maraqlıdır. 

Anews.az xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə bildirib ki, iki öllkə arasında həm prezidentlər səviyyəsində, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək münasibətlər enerji sahəsində də inkişafa təkan verir. Bu məqsədlə, Azərbaycan öz təcrübəsini bölüşməyə, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır. Nazir gələcəkdə "Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun izalanmasının bu prosesə töhfə verəcəyinə inamını ifadə edib. 

Görüşdə həmçinin Monqolustan tələbələrinin Azərbaycanın müvafiq ali məktəbində təhsil almaları üçün lazımi dəstəyn veriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda Monqolustanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlikdən Azərbaycanın xeyrinə imtina etməsi yüksək qiymətləndirib və bu çərçivədə əməkdaşlıq məsələləri müzakirə edilib. 

Söhbət zamanı hər iki ölkədə energetika sektorunun müasir vəziyyəti, qarşıda duran hədəflər və qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri ətrafında da  fikir mübadiləsi aparılıb. 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol