• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məhsulun ifrat bol və ya qıt olmasının qarşısı alınacaq - VİDEO

Azərbaycanda məhsulun ifrat bol və ya qıt olmasının qarşısı alınacaq - VİDEO
03.03.2019 12:45
Elektron kənd təsərrüfatı sistemi fermerlərin öz məhsullarını daha düzgün istiqamətdə yetişdirib birbaşa bazara çıxarmalarına yardım edəcək. Bu sistem hər hansı bir məhsulun ifrat bol və ya qıt olmasının qarşısını alacaq.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Xəzər Xəbər”ə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, bu sistemin ən böyük üstünlüyü fermerlər üçün dövlət xidmətlərinin əlçatan və şəffaf olmasıdır. Bununla bərabər bu sistem sayəsində fermerlər yetişdirdikləri məhsulun bazarının olub-olmadığını əvvəlcədən biləcəklər.

Nazir İnam Kərimov bildirib ki, ölkəmiz fermerlərə subsidiyaların verilməsinə görə öndə gedən dövlətlərdəndir. Hətta subsidiya qaydalarının təkmilləşdirilməsi istiqamətində yeni layihə də artıq yekunlaşmaq üzrədir. Bu layihə subsidiya ilə bağlı bir sıra məsələləri özündə ehtiva edəcək.
İnam Kərimovun sözlərinə görə, Prezident İlham Əliyevin bu il əsas tapşırığı məhsuldarlığın daha da artırılması ilə bağlıdır. Bu istiqamətdə ən başlıca vəzifə həm torpaq seçimi, həm də gübrələmə sahəsində mövcud olan problemləri araşdırıb onları həll etməkdir. Odur ki, nazirlik artıq bu kimi problemləri araşdırmaq üçün fermerlərlə treninqlərin keçirilməsinə başlayıb.
İnam Kərimovun sözlərinə görə, artıq rayonların ixtisaslaşmasına başlanılıb. Nazirlik və aqrar tədqiqat institutları bununla bağlı metodologiya hazırlayıb. Burada faktiki və optimal ixtisaslaşma imkanları araşdırılır. Yəni rayonlardakı ənənəvi məhsulların yetişdirilməsi ilə bərabər, həmin rayonlarda o mühitə uyğun yeni məhsulların yetişdirilməsi planlaşdırılır.
Nazir həmçinin bu yaxınlarda Ucarda illik 40 min ton istehsal gücünə malik yeni pambıq zavodunun istifadəyə veriləcəyini də bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol