• $
  • €
  • ₽
  • ₺
  • £

“Problemli kreditlərlə bağlı fərman bankların kapital mövqeyini xeyli möhkəmlətməsinə imkan yaradacaq”- Bank rəsmisi

“Problemli kreditlərlə bağlı fərman bankların kapital mövqeyini xeyli möhkəmlətməsinə imkan yaradacaq”- Bank rəsmisi
04.03.2019 14:58
Unibank KB İdarə heyəti sədrinin 1-ci müavini Asəf Hüseynov bildirib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı banklar üçün çox vacib əhəmiyyət daşıyır və fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində bankların kapital mövqeyi xeyli gücləncək: "Banklar problemli kreditlərlə bağlı kifayət qədər kapital ehtiyatları yaradırlar. Bu onların kapitallarının aşağı düşməsinə səbəb olur. Kapitalın aşağı düşməsi isə iqtisadiyyatın kreditləşməsinin həyata keçirilməsini məhdudlaşdırır. Problemli kreditlərin ödənişlərinin həyata keçirilməsi və restrukturizasiya proqramı bankın kapital mövqeyinin kifayət qədər möhkəmləndirilməsinə səbəb olacaq. Bunun nəticəsində və eyni zamanda proqram çərçivəsində banklara verilən maliyyə dəstəyi, bankların aktiv kreditləşmə həyata keçirməsinə imkan yaradacaq. Belə ki, problemli kreditlər üzrə ödəniş nəticəsində bank sistemində hər 100 milyon manat kapital artımı əlavə 1 milyard manat kredit vermə imkanı yaradır.  Bildiyiniz kimi, kiçik və orta sahibkarlığın kreditləşməsinin daha da artırılması tövsiyyə olunur. Dövlətin dəstəyi bankların bu sahədə fəaliyyətlərini daha da genişləndirməsinə imkan yaradacaq. 

İkinci və əsas məsələlərdən biri odur ki, bankların bu gün kifayət qədər əməliyyat xərcləri var. Problemli kreditlərin təmin edilməsi ilə bağlı banklar kifayət qədər resurs xərcləyirlər. Bura İT resursları, digər xərclər, əmək haqqı və s. daxildir. Deyə bilərəm ki, bank işçilərinin 10-15%-i problemli kreditlərlə əlaqədar çalışan əməkdaşlardır. Problemli kreditlərin həlli bankların bu əməliyyat xərclərini kəskin şəkildə azaltmasına imkan verəcək və nəticədə əməliyyat mənfəəti artacaq.

Üçüncü və ən vacib məsələlərdən biri, bu fərmanda nəzərdə tutulan tədbirlərin nəticəsində banklar haqda müştərilərdə yaranan neqativ auranın aradan qalxmasıdır. Çünki kifayət qədər problemli kredit, insanların əmək haqqlarından tutulan məbləğlər, bir sıra məcburi tədbirlərin görülməsi müştəri kommunikasiyasına bir qədər neqativ fon gətirmişdi. Bu problemlərin Cənab Prezidentin verdiyi fərmanla aradan qaldırılması, bank və müştəri münasibətlərini başqa bir formata qaytaracaq. Bu da biznesin daha yaxşı inkişaf etdirilməsinə təkan verəcəkdir. Kompleks baxdıqda, qeyd etdiyim neqativ aura, həm əməliyat xərcləri, həm kapital dəstəyi, həm də iqtisadiyyatın kreditləşdirilməsi üçün likvidlik dəstəyi- yəni bu kömək paketi bütöv iqtisadiyatı əhatə etmiş olur və real iqtisadiyyata kifayət qədər dəstəyə imkan yaradacaq”. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol