• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika naziri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentini qəbul edib

Energetika naziri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentini qəbul edib
06.03.2019 11:19
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 
Görüşdə AYİB ilə enerji sahəsində əməkdaşlıq əlaqələri, bankın dəstəyi ilə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb. 

Energetika naziri Pərviz Şahbazov AYİB ilə uzunmüddətli və səmərəli əməkdaşlığı yüksək qiymətlədirib və bankın "Cənub Qaz Dəhlizi” layihəsinə maliyyə dəstəyini xüsusilə qeyd edib. Nazir energetika sektorunda aparılan islahatlar, bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı AYİB ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. 
 
Bankın prezidenti Suma Çakrabarti hazırda enerji sahəsində əməkdaşlğın fəaliyyət dairəsinin geniş olduğunu vurğulayaraq, icra prosesində olan layihələrin effektivliyinin təmin edilməsi üçün AYİB-nin dəstəyini davam etdirəcəyini bildirib.   

Söhbət zamanı gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoymaq imkanları,  bu sahədə aparıcı ölkələrlə təcrübə mübadiləsi, enerji səmərəliliyinə dair məsələlər də nəzərdən keçirilib.  


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol