• $
  • €
  • ₽
  • ₺
  • £

İki qurumun bir qanun layihəsi davası - Razılığa gələ bilmirlər

İki qurumun bir qanun layihəsi davası - Razılığa gələ bilmirlər
06.04.2019 11:20
"Banklar haqqında” qanuna dəyişiklikləri nəzərə tutan qanun layihəsi ətrafında müəmmalar davam edir.

Oxu.Az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, adıçəkilən qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi palamentin hələ martın 29-da keçirilən iclasının gündəliyinə salınsa da, son anda gündəlikdən geri çəkilmişdi.

Səbəb kimi də bank faizlərinin yuxarı həddinin müəyyənləşdirilməsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətinə verilməsinin Mərkəzi Bank tərəfindən narazılıqla qarşılanması göstərilmişdi.

Belə ki, Mərkəzi Bank bu səlahiyyətin onlara aid olduğunu bildirərək, belə bir dəyişikliyə etirazını bildirmiş və nəticədə də dəyişiklik layihəsi 29 mart iclasının gündəliyindən çıxarılmışdı.

Bununla belə, dəyişiklik layihəsi yenidən, yəni, parlamentin aprelin 9-da keçiriləcək iclasının gündəliyinə salınmış və bu, ciddi suallar yaratmışdı.
MM-dən əldə etdiyimiz son məlumata görə, qalmaqallı qanun layihəsi dünən yenidən 9 aprel iclasının gündəliyindən çıxarılıb.

"Görünür, səbəb yenə iki qurum - Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatası arasında bu məsələ ilə bağlı heç cür anlaşmanın, razılaşmasının əldə edilə bilməməsi olub”, - deyə MM-dən bildirilib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol