• $
  • €
  • ₽
  • ₺
  • £

"Unibank" üç gün ərzində 5700 nəfərə yaxın müştərisinə kompensasiya məbləği ödəyib

"Unibank" üç gün ərzində 5700 nəfərə yaxın müştərisinə kompensasiya məbləği ödəyib
25.04.2019 11:08
Fiziki şəxslərin problemli kreditləribə görə kompensasiya ödənişləri davam edir. Unibank filialları Prezident fərmanının icrası ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu haqda "Unibank” KB-nın  Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov bildirib. 

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  fərmanının icrası ilə əlaqədar olaraq artıq 4 gündür ki, kompensasiyaların verilməsinə başlanılıb. "Unibank”da bu proses necə gedir?

Hələ kompensasiyaların verilməsinə başlamazadan əvvəl  kompensasiya siyahısında olan bütün müştərilərimizə bu vəsaiti alacaqları tarixin onlara bildiriləcəyi haqda SMS-lər göndərilmişdi. Doğrudur, kompensasya ödənişinin ilk günü SMS göndərilməyən müştərilərimizdən də filiallarımıza müraciət edənlər oldu. Amma prosesin 2-ci və 3-cü günü isə artıq yalnız SMS alan müştərilər filiallarımıza müraciət etdilər. SMS-lər növbəlilik əsasında, müştərilərin bankda növbədə vaxt itirməsinin qarşısını almaq üçün göndərilir. Hazırda proses rahat və aktiv şəkildə davam etdirilir.  İlk 3 günün statsitikasına baxsaq ümumilikdə Unibank üzrə 5700 nəfərə yaxın  müştəriyə 4,8 milyon manatdan çox kompensasiya ödənişi edilib. Cənab Prezidentin müvafiq fərmanında da nəzərdə tutulduğu kimi kompensasiyaların ödənişi mayın sonunadək başa çatdırılacaq. 

Kompensasiya ödənişi ilə bağlı Unibank filiallarının iş qrafikində hansı dəyişiklik edilib?

Bank rəhbərliyinin qərarına əsasən,  "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının icrası müddətində Unibank filialları gücləndirilmiş iş rejimində çalışacaq. Təkcə həftə içi deyil, şənbə günlərində də filiallar uzadılmış iş qrafikində fəaliyyət göstərəcək. Vətəndaşlarımızdan sadəcə bir qədər təmkinli olmağı və filiallarda vaxt itirməmək üçün bankdan gələn SMS mətnində göstərildiyi vaxtda bank filialına gəlmələri xahiş olunur. Bankdan SMS alan şəxs həmin vaxtda filiala gəlir, imza ataraq vəsaitin köçürüləcəyi kartı götürür və sonra kompensasiya məbləği bank tərəfindən həmin karta köçürülür. 

Hesablanmış kompensasiya məbləğindən narazı olan və yaxud adı kompensasiya siyahısında olmayan müştərilər neyləməlidirlər?

Bildiyiniz kimi artıq bir müddətdir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi saytında "Kompensasiya məbləğinin sorğulanması” adlı bölüm yaradılıb.  Bank müştəriləri sayta daxil olaraq şəxsi məlumatlarını daxil etməklə, çox rahat şəkildə onlara hesablanmış kompensasiya məbləğini öyrənə bilirlər. Kompensasiyalar verilməyə başlamazdan əvvəl bank müştərilərinin əksəriyyəti artıq onlara düşən kompensasiya məbləğindən xəbərdar idilər. Bu məbləğdən narazı olan və yaxud adını sistemdə tapa bilməyən hər bir müştəri, Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya komissiyasına müraciət edə bilər. Bunun üçün isə Palatanın rəsmi saytına təqdim olunan bölümə onlayn şəkildə müraciətlərini göndərə bilərlər. Hər bir şikayət araşdırılacaq və müştəriyə bu haqda ətraflı məlumat veriləcək .



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol