• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlərə ŞAD XƏBƏR: məhsulları sığortalaya biləcəklər

Fermerlərə ŞAD XƏBƏR: məhsulları sığortalaya biləcəklər
27.04.2019 14:20
"Yeni qanun layihəsində fermerlər üçün ən böyük risklərdən sayılan yoluxucu xəstəliklər və zəhərlənmələr aqrar sığortada təminat verilən risklər çərçivəsində qiymətləndiriləcək. Yəni aqrar sığorta üzrə təminat verilən risklər genişləndirilir”, bunu "Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
 
Nazir müavini deyib ki, sığorta şirkətlərinin aqrar sığorta sahəsinə marağını artırmağa ehtiyac var. Onun sözlərinə görə, bu səbəbdən aqrar sığorta orqanı ilə birlikdə bu orqanla bağlı idarəedici funksiyasını həyata keçirəcək qurum yaradılacaq. Həmin idarəedici qurum da ölkəmizdə sığorta sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin bərabər səhmlərlə çıxış edəcəyi bir qurum olacaq. Beləliklə, aqrar sığorta sahəsində dövlət-özəl tərəfdaşlığı formalaşdırılacaq:
 
"Bu vasitə ilə tətbiq edilən müştərək sığorta mexanizmi ilə aqrar sahədə sığortanın artıq bundan sonra işlək ola biləcəyini düşünürük. Baş verən sığorta hadisələrinin bilavasitə əldə edilməsi, təsdiqlənməsi, bu barədə məlumatların aidiyyəti qurumlardan avtomatik olaraq alınması və fermerlərlə bağlanan müqavilələrin avtomatlaşdırılmış hala gətirilməsi, bu sahədə kompleks analiz və təhlillərin aparılması üçün informasiya sisteminə mütləq ehtiyac vardı. Qanunda yaradılması nəzərdə tutulan aqrar sığorta informasiya sistemi məhz aqrar sığorta sahəsində proseslərin elektronlaşdırılmasına, daha əlçatan və asan həyata keçirilməsinə səbəb olacaq”.





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol