• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və dünya milyonçuları üçün sosial şəbəkə

Azərbaycan və dünya milyonçuları üçün sosial şəbəkə
19.09.2014 19:06

ABŞ-ın Minesot ştatından olan bəstəkar və dirijor Ceyms Touçi-Peters yalnız varlılar üçün nəzərdə tutulmuş “Netropolitan” adlı sosial şəbəkə yaradıb.

“TexnoBaz”ın verdiyi xəbərə görə, sayta üzv olmaq üçün ilkin 6 min ABŞ dolları, sonrakı hər ay üçün 3 min ABŞ dolları abunə haqqı ödəmək lazımdır.

Şəbəkənin yaradıcısı hesab edir ki, qiymətin yüksək olmasına baxmayaraq, bu xidmət varlılar arasında populyarlıq qazanacaq, çünki zənginlər özlərini daha aşağı təbəqələrdən nə qədər təcrid etsələr də, daha təhlükəsiz məkanda bir-birləri ilə paylaşmaq ehtyacı hiss edirlər.

“Netropolitan” istifadəçiləri “Facebook”da olan bütün oxşar funksiyalardan bəhrələnə bilər. Üstünlük isə heç bir reklamın olmaması və limitsiz yaddaşdır.

Touçi-Petersin bildirdiyinə görə, artıq yüzlərlə zəngin insan şəbəkəyə üzv olub, amma onların kimlyi “qapalı elit klub”un qaydalarına görə gizli saxlanılır.

Qeyd edək ki, “Netropolitan” məhdud çevrəyə hesablanmış ilk sosial şəbəkə deyil. Əgər əvvəllər sosial şəbəkələr daha geniş kütlə üçün yaradılırdısa, indi bazarı öz inhisarında saxlamağı bacaran “Facebook”, “Twitter” kimi nəhəng oyunçular üzündən daha dar çevrələrə xitab edilir. Lakin buna qədər bu cür qapalı şəbəkələrə üzv olmaq üçün sadəcə konkret kriteriyalar qoyulur, ödəniş tələb olunmurdu. Məsələn, “Eleqt”ə üzv olmaq üçün London, Paris, Nyu-York, Los-Anceles kimi nəhəng meqapolislərdəki zəngin pent-houslardan birində yaşamalıydın. Və ya Affluence.org-a üzv olmaq pulsuz olsa da, istifadəçinin sərvəti minimum 3 milyon dollar olmalıydı.

Amma ilk dəfədir ki, həm üzvlüyü, həm də abunəlyi bu qədər yüksək olan şəbəkə yaradılır. Bu şəbəkənin dünya və Azərbaycan zənginləri arasında populyarlıq qazanıb-qazanmayacağını zaman göstərəcək.

Çünki bütün dünyada olduğu kimi, Azərbaycan zənginləri də “Facebook” kimi şəbəkələrdə öz hesabları ilə oturmaqdan yayınır, ən yaxşı halda rəsmi səhifələr açırlar. Risk edib kütləyə açıq şəbəkələrə üzv olanların şəxsi paylaşımları isə dərhal media səhifələrinə yol tapır. “Netropolitan” kimi şəbəkələr isə onları bu kimi problemlərdən əhəmiyyətli dərəcədə sığortalaya bilər.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol