• $
  • €
  • ₽
  • ₺
  • £

İlk dəfə - “Bank of Baku” və “Elektron hökümət”-in birgə layihəsi: elektron arayışla kredit və Bolkart al!

İlk dəfə - “Bank of Baku” və “Elektron hökümət”-in birgə layihəsi: elektron arayışla kredit və Bolkart al!
17.09.2014 13:34
Azərbaycanın bankçılıq tarixində ilk dəfə “Bank of Baku” kredit rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə etməyi təklif edir. Bu yenilik, “Bank of Baku”-nun “Elektron Hökümət” portalı ilə əməkdaşlığı sayəsində baş verir. Müvafiq müqavilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Bank of Baku” arasında imzalanıb.Elektron arayışla kredit rəsmiləşdirmək üçün sadə bir üsul təklif olunur: müştəri www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək olar.Müqavilə şərtlərinə əsasən bankın filiallarında eyni zamanda MHM-nin qeydiyyat məntəqələri fəaliyyətə başlayır. Belə ki, müştəri kod parol olan zərfləri bank filiallarından da əldə edə bilər. Bunun üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.Qeydiyyata düşən müştəriyə xüsusi zərfdə şifrə təqdim olunur.Bu şifrə ilə müştəri öz şəxsi kabinetinə rahat daxil olub elektron arayış göndərə bilər.Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilər.Göndərilən arayışlar “Elektron hökümət” tərəfindən onlayn qaydada imzalanır. Bankla iş tarixçəsindən və ödəniş qabiliyyətindən asılı olaraq ona nağd kredit, Bolkart və ya imtiyazlı “Dostlar Klubu” kartları təklif olunur.Beləliklə, kredit almaq niyyətində olan şəxs banka baş çəkib “Elektron hökümət” portalı vasitəsilə elektron arayış göndərə bilər.Elektron arayışların verilməsi “Bank of Baku”-nun baş ofisində (Atatürk pr. 42) artıq başlayıb. Cari ay ərzində isə bu xidmət bankın filiallarında da həyata keçiriləcək.“Bank of Baku”-nun “Elektron Hökümət” portalı ilə əməkdaşlığı çərçivəsində yaxın zamanlarda yeni innovativ layihələr təqdim ediləcək. Ətraflı: www.facebook.com/bankofbaku və ya 145 Məlumat Mərkəzi.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol