• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar kompensasiyanı niyə az verir?

Banklar kompensasiyanı niyə az verir?
16.05.2019 17:49
Prezidentin sərəncamına əsasən, aprelin 15-dən etibarən fiziki şəxslərə problemli kreditlərlə bağlı kompensasiyaların ödənilməsinə  başlanılıb. 
Anews.az xəbər verir ki, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında ödəniləcək kompensasiyanı öyrənmək üçün elektron kalkulyator da istifadəyə verilmişdi. 
Amma kompensasiyaların ödənilməsindən sonra bəzi problemlər ortaya çıxıb. Bəzi şəxslər bildirirlər ki, açıqlanan kompensasiya məbləği başqa olsa da, bank tərəfindən karta qoyulan məbləğlər daha azdır. 
Məsələylə bağlı iqtisadçı ekspert Natiq Cəfərli "Yeni Sabah”a açıqlamasında bildirib ki, bu, banklardan qaynaqlanan məsələdirsə, texniki problem ola bilər:
"Bu, bankların səhvi də ola bilər. Kompensasiyaların ödənilməsi ilə bağlı Fərmanın icra edilməsi bir neçə dövlət qurumuna tapşırılıb. Siyahıların təsdiqlənməsi, ümumilikdə bu prosesdə müəyyən rol alması  şərtilə  Maliyyə Bazarlarına Nəzarət Palatası bu işdə vətəndaşlara yardım göstərməli olan əsas qurumdur. Bu zaman Maliyyə Bazarlarına Nəzarət Palatası məsələyə müdaxilə etməlidir. Banklara yazılı göstəriş verməlidir ki, problemlər həll olunsun”. 
N.Cəfərli kompensasiyaların ödənişində problem yaşayanlara bildirib ki, müraciət etsinlər:
"Əgər vətəndaşların kompensasiyalarının ödənilməsi ilə bağlı hər hansı problem yaşanırsa, yaxud hər hansı formada onlara düşən kompensasilar ödənilmirsə, mütləq palataya ərizə ilə müraciət edilməlidir. Onlar ərizələri qəbul edirlər. Oradan görüş təyin olunmalı, problem izah olunmalıdır. Əgər problem həll olunmasa məhkəmədən başqa çıxış yolu qalmır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol