• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşula bilər

SOCAR Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşula bilər
05.06.2019 19:00
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın Tümen vilayətində yerləşən Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşulmaq imkanlarını nəzərdən keçirir. 

"Report" xəbər verir ki, bu, müəssisənin aktivlərinin mövcud qaydalar çərçivəsində audit edilməsindən və əməliyyat fəaliyyətinin qiymətləndirilməsindən sonra baş tutacaq. 

Xatırladaq ki, zavoda nəzarət edən Rusiyanın "Sberbank"ı bəyan edib ki, SOCAR yerli törəməsi - "SOCAR-Enerqoresurs" şirkəti vasitəsilə zavodun səhmlərinin 80%-ni əldə edib. Bununla da "Sberbank”la birlikdə bir neçə investor həm zavoda, həm də onun xammal bazasını təşkil edən Orenburq vilayətindəki yataqlara nəzarəti ələ keçirib. Hazırda zavodun yeni sahiblərinin qarşısında əsas məsələ onun fasiləsiz fəaliyyətini təmin etmək, Rusiya və xarici bazarlara neft məhsulları tədarük etmək, federal və yerli büdcəyə vergi ödəməkdir. 

SOCAR təsisat ekspertizasını və əməliyyat idarəçiliyini həyata keçirməklə bu layihəni dəstəkləyir.

Məşhur "Forbes” nəşrinin 2016-cı ildə açıqladığı reytinqə görə, Antipinsk Neft Emalı Zavodu əldə etdiyi mənfəətin məbləğinə görə, Rusiyada özəl müəssisələr arasında 43-cü yer tutub. Zavod ildə 9 milyon tondan artıq emal gücünə malik olub, onun istehsal etdiyi dizel yanacağı "Euro-5" standartına uyğundur. 2016-cı ildə burada yeni emal qurğusunun işə salınması ilə mazut emalının səviyyəsi 98%-ə çatdırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol