• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 3 ölkəyə pul qadağası qoydu

Azərbaycan 3 ölkəyə pul qadağası qoydu
02.09.2014 13:30

Azərbaycandan 3 ölkəyə bank vasitəsilə pul köçürmələri qadağan edilib. Bu ölkələr Ermənistan, İran və Əfqanıstandır.

Ermənistana qoyulan bu qadağanın səbəbi məlum olsa da, İran və Əfqanistana transferlərin dayandırılması müəmmalıdır.

Azvision.az bu, qadağanın səbəbini araşdırmaq üçün bir neçə məşhur banka müraciət edib.

“Əmrahbank”, “Standart” Bank, “Bank Respublika”dan İrana pul köçürülməsinin mümkün olmadığını bildiriblər. Səbəb isə açıqlanmayıb.

“Unibank”dan saytımıza bildirilib ki, artıq bir müddətdir nə İrana, nə də Əfqanıstana pul köçürmələri aparılır: “Hazırda sistemimizdə bərpa işləri gedir. Ona görə də pul köçürmə mümkün deyil. Nə vaxt bərpa olunacağı ilə bağlı isə bilmirik”.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, İrana pul köçürməmək barədə Azərbaycan banklarına göstəriş verilib. Bu qadağa İrana qarşı tətbiq edilən sanksiyalarla əlaqədardır: “İrana qarşı sanksiyalar tətbiq edilir. Çox güman ki Azərbaycan da çalışır ki, mümkün qədər bank vasitəsilə daha az transferlər həyata keçirilsin. İrana qarşı transferlərin azaldılması, bankların İrana pul köçürülməsinə maraqlı olmaması doğrudur. Prakiti olaraq, bizim apardığımız tədqiqatlar göstərir ki, banklara İranla əməliyyatların dayandırılması ilə bağlı xüsusi tövsiyyə verilib”.

V.Bayramov bildirib ki, İranın Azərbaycandakı səfirliyinin əməkdaşları isə əməkhaqlarını İran banklarından olan kartlar vasitəsilə alırlar.

Əfqanistana pul köçürmə ilə bağlı iqtisadçı qeyd edib ki, bu ölkəyə qarşı hər hansı bir sanksiya yoxdur: “ Transferlərin olmaması Əfqanistanın texniki imkanları və transferlərin təhlükəsizliyi ilə bağlıdır və Əfqanistanın pul köçürmə sistemi tam olaraq inkişaf etməyib. Amma konkret olaraq bu ölkəyə qarşı sanksiyalar olmadığı üçün Azərbaycan bankları pul köçürməsi ilə bağlı tövsiyyə almayıb.”

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol