• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni tikililərin kvadratmetri 1029 manat olub - Açıqlama

Yeni tikililərin kvadratmetri 1029 manat olub - Açıqlama
08.08.2014 19:45
“İlkin yaşayış mənzillərinin hesablanmış orta qiyməti 1266 $/кv.m-dən 3,63% artaraq 1312 $/кv.m-ə çatıb”.
 
Bunu ekspert Nüsrət İbrahimov  Publika.Az –a verdiyini açıqlamasına bildirib.
 
O qeyd edib ki, milli məzənnə ilə ay ərzində ilkin mənzil bazarında qiymətlər  993 AZN/кv.m-dən 3,62% artaraq 1029 AZN/кv.m bəndində qərarlaşıb:“Ümumilikdə Bakı şəhəri ilkin mənzil bazarında aktivlik 2014-cü ilin iyun ayında əvvəlki may ayı ilə müqayisədə 8%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 10% artıb.  Bununla yanaşı son 3 ayda ilkin mənzil bazarının təklif portfelində baş verən azalmalar tələbin artımı və tikinti həcminin azalması ilə əlaqələndirilir. Hər ay olduğu kimi, bu ay da bazarda struktur dəyişliyi davam etmiş, nəticədə bazar indikatorlarında uyğun dəyişikliklər qeydə alınıb. Bazar portfelində ümumi təkliflərin sayı isə 433 ədəd təşkil etmişdir ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə -19,52%, ilin müvafiq ayı ilə müqayisədə isə -21,7% az olub”.
 
Ekspertin sözlərinə görə, son aylar qiymətlərdə tədricən stabilləşmə prosesi getməkdədir: “Təkrar yaşayış mənzil bazarında qiymətlərin azalması, ilkin yaşayış mənzil bazarında isə qiymətlərin artması strukturun dəyişməsinə  səbəb olur. Bazarda qiymətlərin artıb azalması təklif portfelində olan bəzi bahalı və ya ucuz mənzillərin hesabına baş verir. Son 3 ayda davamlı olaraq qiymətin bir ayda artması, növbəti ayda isə qiymətin azalması bazarda aktivliyin stabilləşmə meyilliyi ilə əlaqələndirmək olar”.
 
Qiymətlərdən söz açan ekspert bildirir ki, son aylar üzrə qiymət indeksinin artımı müşahidə edilir. Buna da səbəb bir tərəfdən paytaxtda söküntü prosesinin artması və digər tərəfdən isə, tikintinin həcminin azalması nəticəsində ucuz mənzillərin təklif portfelində tədricən tükənməsidir: “Məsələn  iyun ayında bazarın aktivliyində artım  qeydə alınıb. Bu da öz növbəsində bazarda qeyd olunan əqdlərin sayının 0,88% artmasına gətirib çıxarıb. Şəhər üzrə ümumi mənzil bazarında оrtа qiymət iyun аyı ərzində 0.20%, 2013-cü ilin müvafiq ayına nəzərən isə 51.4% artım, ilkin mənzil bazarında isə uyğun olaraq ilin əvvəli ilə müqayisədə 14,49%, ötən ilin müvafiq ayına nəzərən isə 32,66% artаrаq 1312 $/kv.m olub. Zonalar üzrə qiymətlər müvafiq olaraq 2293 $/кv, 1565 $/кv, 1135 $/кv və 770 $/кv təşkil edib”.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol