• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosundan ŞAD XƏBƏR

Bakı metrosundan ŞAD XƏBƏR
08.08.2014 09:30

Bakı Metropoliteninin “Yeni Günəşli”-“Həzi Aslanov-2” və “Xətai”-“Həzi Aslanov-2” xətlərinin inşası yekunlaşdıqdan sonra “Dərnəgül”-“Yeni Günəşli”, həmçinin “Həzi Aslanov”-“İçərişəhər” və “Xətai”-“Dərnəgül” istiqamətində qatarların sərbəst hərəkəti mümkün olacaq.

ANS PRESS-in məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri görüləcək işlər nəticəsində həmin istiqamətlərdə sərnişindaşımada yaranan sıxlığın xeyli azalacağını bildirib.Uzunluğu 7 kilometr olan “Xətai”-“Həzi Aslanov-2” sahəsi 3 stansiyanı əhatə edir. “Dərnəgül”-“Yeni Günəşli” xəttinin uzunluğu isə 11 kilometr olacaq və 16 stansiyanı birləşdirəcək. Bakı Metropoliteninin “Yaşıl xətti”nin “Xətai-Həzi Aslanov-2” layihəsi üzrə tunelin çəkilişinin icraçısı Fransanın “Bouygues Travaux Publics. LLC” şirkətidir. Artıq bu xətt üzərindəki 3 stansiyanın yeri dəqiqləşdirilib, müvafiq təşkilatlarla razılaşdırılaraq texniki pasportlar alınıb. Hazırda tikinti sahəsində infrastrukturun köçürülməsi üzrə tədbirlər görülür.Hazırda Köhnə Günəşli istiqamətində tunellərin inşası davam etdirilir. Tunellərdən birinin - “Yaşıl xətt”in “Həzi Aslanov” stansiyasının altından keçən hissəsinin tikintisi yekunlaşıb.Qeyd edək ki, 2030-cu ilədək Bakı Metropoliteninin stansiyalarının sayının 76-ya çatdırılması nəzərdə tutulur. Hazırda 23 stansiyası olan Metropoliten gələcəkdə 5 ayrı xətdən ibarət olacaq.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol