• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum keçirilib

“Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum keçirilib
29.05.2020 09:07

 
DEİK və Caspian European Club-un dəstəyilə təşkil olunmuş "Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum çərçivəsində Azərbaycan və Türkiyə şirkətlərinin COVİD-19 koronavirus pandemiyası dövründə üzləşdikləri məsələ və təkliflər, həmçinin post-pandemiya mərhələsində Azərbaycan və Türkiyə arasında iqtisadi və işgüzar əməkdaşlığın fəallaşdırılması imkanı öyrənilib. "Azərbaycan-Türkiyə” beynəlxalq onlayn B2B forumun moderatoru "Ziraat Bank Azerbaijan”ın idarə heyətinin sədri, Caspian European Club-un idarə heyətinin üzvü Avni Dəmirçi olub.
 
Üç saat davam edən "Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum çərçivəsində müzakirələrə  Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özoral, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədr müavini Rüfət Atakişiyev, Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının Avropa birliyinin və xarici əlaqələr üzrə departament müdiri Necati Günaydın, DEİK Türkiyə - Azərbaycan İşgüzar Şurasınn təşkilatın Sədri Selçuk Arkat, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.
 
Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev operativliyə və əməkdaşlığa hazırlığa görə səfirlərə, dövlət qurumlarının və DEİK-in nümayəndələrinə minnətdarlığını bildirib.
"Azərbaycan-Türkiyə münasibətləri hər zaman çox yüksək səviyyədə olub. Dövlət başçılarımızın dostluğu, qarşılıqlı yardıma və əməkdaşlığa hər zaman hazır olmaları iqtisadi göstəricilərdə və türk qardaşlarımızla vahid mövqedən çıxış etdiyimiz bütün platformalarda öz əksini tapır. Caspian European Club-da Türkiyə biznesinin xeyli nümayəndələri var. Onlardan ikisi Klubun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə idarə heyətinin üzvüdür. 2005-ci ildə biz "Caspian Energy” mükafatını o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğana təqdim etməyimizdən böyük qürur duymuşduq.  Eyni zamanda ayrı-ayrı illərdə Türkiyənin prezident, baş nazir və nazirlərinin müsahibələri Caspian European Club-un maliyyə dəstəyilə dərc olunan "Caspian Energy” jurnalının səhifələrində  çap olunub. Pandemiya dövründə Caspian European Club xüsusi fəallıq nümayiş etdirib. Bizim tərəfimizdən onlayn rejimdə xeyli sayda beynəlxalq sahə B2G və B2B forumları, biznes-treninqlər və təqdimatlar təşkil olunub. Biz türkiyəli partnyorlarımızla daha sıx əməkdaşlıq etmək istərdik. Yaxın vaxtlarda offlayn rejimdə də bu cür görüşlərin keçiriləcəyinə ümid edirik”, - deyə çıxışı zamanı Telman Əliyev qeyd edib.
 
Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar veriblər.
Caspian European Club tərəfindən yaradılmış beynəlxalq onlayn B2B forumu beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təklifləri ilə bölüşür və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatlarının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.
 
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar iqlimin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqun stimullaşdırılmasından və bu dialoqlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol