• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Bünyadov prospekti nə vaxt istismara veriləcək?

Ziya Bünyadov prospekti nə vaxt istismara veriləcək?
08.07.2014 17:58
Bakı şəhərinin şimal istiqamətində əsas çıxışını təmin edən magistrallardan biri olan Ziya Bünyadov prospektində yenidənqurma işləri sürətlə davam etdirilir.Sözügedən prospektin yenidən qurulmasında məqsəd 20 Yanvar dairəsi, eyni zamanda “Qələbə” kinoteatrının qarşısında yerləşən dairə ilə Böyükşor qovşağı arasında  nəqliyyat vasitələrinin sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, layihənin başlanğıcı Alı Mustafayev, Hüseynbala Əliyev, Əbdülvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişdiyi dairə, sonu isə Böyükşor yol qovşağıdır. O bildirib ki, ümumi uzunluğu 9,2 km, eni isə 50-60 m  nəzərdə tutulan prospekt keçdiyi ərazilərdən asılı olaraq 10-12 zolaqdan ibarət olacaq. Prospektin 4 mərkəzi zolağı  isə sürətli hərəkəti təmin edəcək: “Yol boyu hərəkətin tənzimlənməsi üçün 4 yerdə  yolötürücülərin - qovşaqların və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq keçidlərdən biri hazırdır, digərində işlər başa çatmaq üzrədir, qalan iki keçiddə isə tikinti-quraşdırma işləri davam etdirilir. Bütün prospekt boyu kommunikasiya xətlərinin köçürülməsi, yeni yağış kanalizasiya xəttinin çəkilməsi və torpaq işləri başa çatıb, yol qovşaqlarında isə son tamamlanma işləri  yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda aşınma qatı istisna olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri də başa çatdırılacaq. Ümumilikdə prospektin oktyabr ayında istismara verilməsi planlaşdırılır”. Qeyd edək ki, tikinti sahəsində səyyar laboratoriya quraşdırılıb ki, bunun köməyi ilə də asfalt-beton örtüyünün və digər materialların daimi olaraq testləri həyata keçirilir. Bundan əlavə, lazer nəzarət cihazları ilə təchiz olunan asfalt döşəyən mexanizmlərdən istifadə edilir ki, Almaniya istehsalı olan bu mexanizmlər asfalt-beton örtüyünün keyfiyyətli döşənməsində xüsusi rola malikdir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol