• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank kiçik və orta sahibkarlara banka gəlmədən əmək haqqı layihəsinə qoşulmağı təklif edir

Kapital Bank kiçik və orta sahibkarlara banka gəlmədən əmək haqqı layihəsinə qoşulmağı təklif edir
16.12.2020 11:16
Kapital Bank xalqımızın Vətən Müharibəsində Qələbə qazanması münasibətilə yeni "Zəfər Kampaniyası”nı təqdim edir. Bu yenilikdən hələ də Kapital Bank-ın əmək haqqı layihəsinə qoşulmayan kiçik və orta sahibkarlar yararlana bilər. 


Şərtlərə görə, Müştəri Bank sistemi vasitəsilə əmək haqqı layihələrinə qoşulan müştərilərə, əmək haqqı kartları üzrə mədaxil komissiyasına 25% endirim təqdim edilir, əmək haqqı kartları isə pulsuz verilir. "Zəfər Kampaniyası” 1 mart 2021-ci il tarixinədək davam edəcək. Lakin əmək haqqı kartlarına köçürmə zamanı tətbiq edilən endirim, kampaniya müddətində layihəyə qoşulan müştərilər üçün sonrakı dövrdə də davam edəcək.


Kapital Bank-ın əmək haqqı layihəsinə qoşulmağın bir sıra üstünlükləri vardır: əmək haqqı layihəsinə qoşulma tam olaraq məsafədən, banka gəlmədən həyata keçirilir və hər hansı bir ödəniş tələb olunmur; əmək haqqı kartlarına mədaxil banka gəlmədən, onlayn şəkildə həyata keçirilir; Kapital Bank-da hesabı olmayan müştərilər cari hesabı onlayn şəkildə və tam pulsuz olaraq aça bilərlər; hər bir müştəri fərdi menecerlə təmin olunur və s.


Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s. 


Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol