• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank”dan “Overdraft” – biznesin dayanmadan fəaliyyəti üçün operativ həll

“AccessBank”dan “Overdraft” – biznesin dayanmadan  fəaliyyəti üçün operativ həll
18.12.2020 15:27
 "Overdraft” müvəqqəti olaraq vəsaitə ehtiyacı olan sahibkarlar üçün qısamüddətli kredit məhsuludur. Bu məhsulun köməyi ilə "AccessBank” müştərilərinə - hüquqi şəxslərə cari hesabdakı vəsaitdən daha artıq məbləğlərdə maliyyə əməliyyatları aparmaq imkanı yaradır. "Overdraft” limiti müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq razılaşdırılır və 6-12 ay müddətinə təqdim olunur. "Overdraft” müştəri tərəfindən bir neçə dəfə, tam və ya qismən, təyin olunmuş müddət və məbləğ çərçivəsində istifadə oluna bilər.


"Overdraft”ın üstünlükləri: 


• 200.000 AZN-ə qədər məbləğin girovsuz verilməsi
• yalnız istifadə edilmiş məbləğə faizlərin hesablanması 
• illik 12%-dən başlayan faiz dərəcələri
• borcun avtomatik silinməsi və "Overdraft” limitindən təkrar istifadə 
• qeydiyyatın operativliyi və tələb olunan sənədlərin minimallığı 




"Overdraft” haqqında əlavə məlumat almaq üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə, və ya 055 440 01 51 "whatsapp” nömrəsinə yaza bilərsiniz. 


Banka gəlmədən "Overdraft” əldə etmək üçün: 
https://accessbank.az/ru/online-loan-request/?type=business




"Pandemiya zamanı sahibkarlar müvəqqəti likvidlik problemi ilə üzləşirlər – müştərilər ödəmələri gecikdirir, şirkətlər isə əmək haqları, vergiləri ödəməli, daha çox məhsul almalıdırlar və s.. "AccessBank”ın "Overdraft” məhsulu bu çətinlikləri ən asan və ən qənaətcil şəkildə həll etməyə imkan verir. Bizim vəzifəmiz biznesə müntəzəm ödəmələrini həyata keçirməkdə rahatlıq və inam verməkdən ibarətdir”- deyə "AccessBank”ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina bildirib. 




Digər korporativ məhsullar haqqında məlumat əldə etmək üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə və ya 055 440 01 51 "whatsapp” nömrəsinə yaza bilərsiniz. Məhsullar haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından əldə edə bilərsiniz. 


"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda "AccessBank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol