• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Həsənov Yelo Bank-ın İdarə Heyətinin yeni sədri təyin olunub

Anar Həsənov Yelo Bank-ın İdarə Heyətinin yeni sədri təyin olunub
22.12.2020 16:17
Yelo Bank-ın yüksək rəhbərliyində dəyişiklik gözlənilir. Belə ki, bank tərəfindən verilmiş açıqlamada Yelo Bank-ın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat barədə qeyd olunub. Bankın Müşahidə Şurasının qərarına əsasən, bu vəzifəni Anar Həsənov tutacaq və 5 yanvar 2021-ci il tarixindən Yelo Bank-da fəaliyyətinə başlayacaq. Hazırda və bu ilin sonunadək A.Həsənov AccessBank-ın İdarə Heyətinin sədridir.

Daha əvvəl Yelo Bank-da bu vəzifəni bankda fəaliyyətini bu ilin oktyabrında dayandırmış Nikoloz Şurqaia tuturdu.  Hazırda İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti olaraq Emil Duşdurov, İdarə heyətinin üzvü və bankın maliyyə üzrə baş direktoru icra edir. 

"Yelo Bank rebrending prosesini uğurla yekunlaşdırır və yeni inkişaf strategiyasını reallaşdırır. Son il ərzində Yelo Bank-da rebrendinglə bərabər köklü dəyişikliklər də edilir. Bu özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərdə olduğu kimi, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir. Xüsusi qeyd etmək istəyirəm ki, təcrübəli və uğurlu idarəçilərin, öz sahələrinin peşəkarlarının cəlb olunması ilə biz çox güclü top-menecmentin yaradılmasına nail ola bilmişik.  Tam əminliklə demək olar ki, bu baxımdan bizdə bu günə bazarda olan ən yaxşı komandalardan biri formalaşıb və onlarla bank qoyulan tapşırıqları uğurla həyata keçirir. Şadıq ki, bu komandaya tezliklə bank sahəsində öz sözünü demiş daha bir peşəkar rəhbərlik edəcək. Anar Həsənovun idarəçilik təcrübəsi və biliklərinin Yelo Bank-ın transformasiya prosesinin sürətlənməsinə əhəmiyyətli töhfə verəcəyindən və onun gələcək inkişafına dəstək olacağından əminik” – deyə Müşahidə Şurasının sədri Marina Kulişova yeni təyinatı şərh edib.

Anar Həsənov bank sahəsində zəngin təcrübə və yüksək işgüzar nüfuza malikdir. Belə ki, bankir karyerasını AccessBank-ın yarandığı vaxtdan, 2002-ci ildən başlayıb və 18 ildən artıq uğurla orada çalışır. Mikro, KOB və pərakəndə biznesləri sahələrində fərqli idarəedici vəzifələrdə işləyərək, 2007-ci ildən AccessBank-ın İdarə Heyətinə daxil olub, 2018-ci ilin iyun ayından isə bankın İdarə Heyətinin sədridir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol