Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub

Unibank "Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” nominasiyasının qalibi seçilib. Nominasiya Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ilin nəticələrinə əsasən təqdim olunub. 2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş bankların mükafatlandırılması həyata keçirilir. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, hər zaman qaliblər sırasında olur.
Unibank- hər kəsin bankı!
www.anews.az
Son xəbərlər 
Daha çox 























