• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank” “SME Bankçılıq Yay Məktəbi”nə start verir

“AccessBank” “SME Bankçılıq Yay Məktəbi”nə start verir
25.05.2021 11:08
"AccessBank” bankçılıq üzrə iş təcrübəsi olmayan, Kiçik və Orta Biznes (SME) sahəsi üzrə karyera qurmaq istəyən universitet məzunları üçün "SME Bankçılıq Yay Məktəbi” layihəsinə start verir. 

Layihənin əsas məqsədi gəncləri KOB (SME) sektoruna cəlb etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir. 

"SME Bankçılıq Yay Məktəbi” namizədlərə maliyyə və kredit sahəsində nəzəri və praktik biliklər verməklə yanaşı, həm də gələcəkdə onlara yerli Avropa Bankının komandasının üzvü olmaq şansı da yaradır. 

Layihəyə qatılmaq üçün tələblər:

İqtisadiyyat və ya müvafiq sahələrdə Bakalavr/Magistr səviyyəsi üzrə yeni məzunlar

Dil bilikləri: azərbaycan dili – səlis, rus və ya inglis dili biliyinin olması üstünlükdür.

Liderlik, məsuliyyətlilik və detallara qarşı diqqətlilik
Təşəbbüskarlıq və komandada işləmək bacarığı
 
"SME Bankçılıq Yay Məktəbi” layihəsində iştirak etmək istəyən namizədlər 07 iyun 2021-ci il tarixinədək bu linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər: 
 
https://bit.ly/3fcxqcD
 
Namizədlərdən suallardan birinin video formatda olmasını nəzərə almaları xahiş olunur. 
 
İlkin seçim mərhələsindən keçmiş namizədlərə elektron məktub və SMS vasitəsilə bu barədə məlumat veriləcək. Hər kəsə uğurlar!
 
 
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı,Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır.

Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol