• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlar Kapital Bank-la olan müqavilələri “ASAN İmza” ilə imzalaya bilərlər

Sahibkarlar Kapital Bank-la olan müqavilələri “ASAN İmza” ilə imzalaya bilərlər
26.05.2021 10:14
Hüquqi şəxslər və fərdi sahibkarlar Kapital Bank-la maliyyələşmə məhsulları üzrə müqavilələrini artıq "ASAN İmza” ilə imzalaya bilərlər. Bununla da müştərilərin kredit və zaminlik müqavilələrini imzalanmaq üçün banka gəlməyə və vaxt itirməyə ehtiyacı qalmır.
 
Maliyyələşmə məhsulları dedikdə kredit, overdraft, qarantiya, ticarət əməliyyatlarının maliyyələşdirilməsi (faktorinq, satışın maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə) nəzərdə tutulur. Bundan başqa həmçinin, zaminlik və girov müqavilələri də "ASAN İmza” ilə imzalana bilər. Həmçinin "ASAN İmza” – gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və ASAN Xidmət mərkəzlərinə getmədən bunu Kapital Bank-ın Mərkəz, Yasamal, Gənclik, Nəsimi, Səbail və Xətai filiallarında həyata keçirə bilərlər.
 
Qeyd edək ki, Kapital Bank sahibkarlara mütəmadi olaraq yeniliklər təqdim edir. Bir müddət əvvəl təqdim edilən "Müştəri profili” onlayn platforması vasitəsilə fərdi sahibkarlar və hüquqi şəxslər bankda hesab açmadan və Müştəri Bank sisteminə qoşulmadan şəxsi kabinet yaradıb, maliyyələşmə məhsulları üzrə sifarişlərini banka yönəldə bilərlər.
 
"Müştəri Profili” vasitəsilə yaradılmış şəxsi kabinetdə müştərilər maliyyə vəsaitlərinə olan ehtiyaclarını qarşılamaq üçün Kapital Bank tərəfindən təklif olunan hər bir məhsul haqqında ətraflı məlumatla tanış ola bilərlər. Maliyyələşmə məhsulunun hər hansı biri üzrə sifariş vermək istəyən müştəriyə banka gəlməyə, bank nümayəndəsi ilə əlaqə saxlamağa ehtiyac yoxdur.
 
30 iyun 2021-ci il tarixinədək müştərilər AZN valyutasında olan kredit, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və overdraft məhsullarının "Müştəri Profili”ndən sifarişi zamanı rəsmiləşmə komissiyasına 30% endirim və digər endirimlər əldə edəcək. Xidmətə qoşulmaq üçün https://kbl.az/cbpcr linkinə keçid etmək olar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol