• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya bazarında "qara qızıl" ucuzlaşır

Dünya bazarında "qara qızıl" ucuzlaşır
28.06.2021 21:30
Dünya bazarlarında neftin qiyməti ötənhəftəki güclü artımdan sonra korreksiyaya uğrayaraq bazar ertəsi səhər saatlarında azacıq aşağı düşüb.


Anews.az "Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Şimal dənizindən hasil olunan "Brent” markalı neft qarışığının sentyabr fyuçerslərinin qiyməti 0,15 % azalaraq bir barel üçün 75,27 ABŞ dollarına, avqust fyuçersləri isə 0,12 % azalaraq 76,09 dollar/barelə düşüb.


WTI markalı neftin avqust fyuçersləri 0,01 % azalaraq bir barel üçün 74,04 ABŞ dolları təşkil edib.


Qeyd edək ki, ötən həftənin sonunda neftin qiyməti "Brent” markasında 3,4 %, WTI-da isə 3,6 % artım həyata keçirmişdi. Bu güclü artım neftə olan tələbatın yenidən yüksəlməsindən qaynaqlanırdı.


Artıq treyderlərin diqqəti iyulun 1-də keçiriləcək OPEC+ iclasına yönəlib. Daha əvvəl KİV-də alyansın hasilatı artıra biləcəyi yazılmışdı, analitiklər isə artımın böyük olmayacağını düşünür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol