• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlar E-manatla pulsuz mədaxil edə bilərlər

Sahibkarlar E-manatla pulsuz mədaxil edə bilərlər
13.08.2021 15:32
Sahibkarların etibarlı maliyyə tərəfdaşı olan ABB onlar üçün daha bir imkan yaradıb. Hüquqi şəxslər və fərdi sahibkarlar artıq E-manat terminalları vasitəsilə gündəlik 15000 manatadək mədaxil əməliyyatlarını heç bir komissiya haqqı ödəmədən həyata keçirə bilərlər. Buna qədər belə əməliyyatlar üçün komissiya haqqı ödənilməli idi. İndi isə mədaxil əməliyyatlarını banka gəlmədən, çox rahat şəkildə, ən yaxın E-manat köşkündə yerinə yetirmək olar.

İş adamlarının rahatlığı və vaxtına qənaət üçün ABB maliyyə xidmətlərindən məsafədən istifadə imkanlarını getdikcə genişləndirir. Korporativ müştərilər banka gəlmədən məsafədən hesab aça, ABB-nin İnternet Bankçılıq xidməti ilə bir çox əməliyyatlarını da onlayn qaydada yerinə yetirə bilirlər.  

Ölkədə kiçik və orta biznesin inkişafına davamlı dəstək verən ABB tərəfindən yaradılan Sahibkarlar Klubunun üzvlərinə müxtəlif çeşiddə məhsul və xidmətlər xüsusi güzəştlərlə təqdim edilir. Fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin təqdim etdiyi xidmət paketlərindən faydalanaraq tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətlərini ABB-dən ödənişsiz, yaxud böyük güzəştlərlə əldə edə bilərlər. Müvafiq xidmət paketlərindən yararlanmaqla hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə etmək, digər xidmətlərdən isə endirimlərlə faydalanmaq mümkündür. Qeyd edək ki, "Sahibkarlar Klubu” haqqında ətraflı məlumatı bu keçiddən istifadə edərək əldə etmək mümkündür. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol