• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan spot qazı 3 illik müqavilələrlə Türkiyə şirkətlərinə satılacaq

Azərbaycan spot qazı 3 illik müqavilələrlə Türkiyə şirkətlərinə satılacaq
20.08.2021 14:55
Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) təbii qazın spot ticarəti ilə bağlı yeni qərarına əsasən, qazın idxalı üçün artıq 1 illik deyil, ardıcıl 3 illik həcm müraciəti edilə biləcək.

"Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Belə ki, əvvəlki illərdə hər qaz ilindən əvvəl, idxal giriş nöqtələrində yalnız müvafiq qaz ili üçün və sadəcə 1 illik müraciət edilə bilirdi. Yeni qərarla təbii qazın spot tədarükü üçün ardıcıl 3 ilik müraciət etmək olacaq.

EPDK-nın yeni qərarı ilə ilkin mərhələdə Azərbaycandan Türkiyəyə təbii qaz idxal edilən giriş nöqtələrindən - Türkgözü, TANAP Seyitgazi və TANAP Trakyadan, 2022, 2023 və 2024 qaz illəri üçün illik spot qaz idxalı elanları veriləcək.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol