• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ilk dəfə Avropa İttifaqına dəri ixrac edəcək

Azərbaycan ilk dəfə Avropa İttifaqına dəri ixrac edəcək
27.08.2021 13:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avropa İttifaqı ölkələrinə heyan mənşəli qida və qeyri-qida məhsullarının ixracı sahəsində daha bir uğur əldə edilib.

Anews.az xəbər verir ki,  Agentlik tərəfindən baytarlıq nəzarətində olan qeyri-qida məhsullarının, o cümlədən işlənmiş dərinin Avropa İttifaqı ölkələrinə satışı istiqamətində zəruri tədbirlər həyata keçirilib və Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi (DG-Sante) Baş Direktorluğu ilə danışıqlar aparılıb.

Agentlik tərəfindən "3A ÇÜMEN DERİ" MMC və "ŞAHİNDƏRİ.M" MMC yerli dəri  istehsalçılarının müraciətləri əsasında həmin müəssisələrin Avropa Komissiyasının 142/2011 saylı Qaydalarında göstərilmiş tələblərə uyğunluğu qiymətləndirilib, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra  Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə (TRACES) daxil olması üçün məktub ünvanlanıb.

Ölkəmizdə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması və Agentlik tərəfindən Avropa İttifaqının müvafiq qurumları ilə aparılmış danışıqlar nəticəsində müsbət nəticələr əldə edilib. Ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün həmin müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə müvəffəqiyyətlə qəbul edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol