• $
  • €
  • ₽
  • ₺
  • £

Beşmərtəbəli metrodan REPORTAJ+FOTOLAR

Beşmərtəbəli metrodan REPORTAJ+FOTOLAR
20.05.2014 18:56
Girişi “M” hərfi formasında quraşdırılmış “Memar Əcəmi” metrostansiyasında xeyli vaxtdır davam edən təmir işləri yekunlaşmaq üzrədir. Amma təmirdən sonra daha həmin “M” hərfi gözə dəyməyəcək. Çünki bu metroda da girişin son illərin dəbinə uyğun şüşə piramida formasında qurulacağı deyilir. 1985-ci ildə açılmış “Memar Əcəmi”də aparılan təmirlə tanış olmaq, yeni tikilməkdə olan qonşu metrostansiyanın vəziyyətindən xəbər tutmaq üçün ora baş çəkdik.İş icraçısı Qulu Həsənov bildirdi ki, “Memar Əcəmi” stansiyasının baş giriş-çıxışının bağlanması əsas stansiyanı yeni “Memar Əcəmi-2” stansiyası ilə birləşdirəcək yeraltı piyada keçidinin tikintisi ilə bağlıdır: “İşlərin başa çatması müddəti hələlik dəqiq bilinməsə də, prosesin ilin birinci yarısında yekunlaşacağı gözlənilir. Əslində işlər ötən il yekunlaşmalı idi, lakin kommunikasiya problemləri səbəbindən mümkün olmadı”. Metrostansiyanın girişində şüşə piramidanın qurulub-qurulmayacağı barədə sualımıza cavabda Həsən Quliyev bunun yaxın günlərdə bilincəyini dedi. Paytaxtın ən nəhəng metrosu“Memar Əcəmi-2” stansiyası nəhəngliyinə görə, bu vaxta qədər tikilən metrolardan fərqlənəcək. Bakı Metropolitenindən aldığımız məlumata görə, yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Stansiya kompleksinin uzunluğu 166,7 metr, platformanın uzunluğu 144 metr, dərinliyi isə 30,5 metr təşkil edir. “Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarət olacaq.Hər bir mərtəbənin hündürlüyü isə 6 metrə qədərdir. Metrostansiyanın 3 çıxışı olacaq. “Memar Əcəmi-2” stansiyasında 16 eskalator, 4 lift işləyəcək.Metrostansiyanı digərlərindən fərqləndirən cəhətlərdən biri isə Azərbaycanda ilk dəfə “Memar Əcəmi-2” stansiyasında “divarda qrunt” üsulunun tətbiq olunmasıdır. Bu da tikinti zamanı ətrafa az ziyan vurmaq, daha az pul xərcləmək kimi imkanları yaradır.Qışda soyuğa, yayda isə istiyə son“Memar Əcəmi-2”də də “Avtovağzal” metrostansiyasında olduğu kimi təhlükəsizlik qapıları ilə platforma stansiya yolundan ayrılacaq. Yəni, stansiyada sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar quraşdırılacaq.Təhlükəsizlik tədbirlərindən digəri stansiyaların hər nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb. Metroda ventilyasiya sistemi ilə bərabər kondisioner də quraşdırılacaq. Bununla da sərnişinlər qışda soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcək. Eskalatorlardan əlavə liftlər və travilatorlar da işləyəcək.Fiziki cəhətdən qüsurlu olanlara rahat şərait yaradılacaq. Stansiyanın 9 giriş-çıxışı olacaq. Yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.Metropolitendən bildirdilər ki, eyni xətt üzrə “Memar Əcəmi 2” stansiyası tikilir. Böyük ehtimalla hər iki stansiyanın açılışı eyni vaxtda olacaq. “Avtovağzal” stansiyasının yanında depo da inşa olunmalıdır. İşlər qrafikə uyğun davam etdirilir. Heç bir ciddi problem yoxdur.Müasir texnologiyalar və yeni avadanlıqlarla təchiz olunmuş “Avtovağzal” stansiyasında platformalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Stansiyaların sayı artırılacaqYeri gəlmişkən, “Böyük Bakının Regional İnkişaf Planı”nda Bakı metrosunun stansiyalarının artırılması təklif edilir. Bu təkliflə Bakı Dövlət Layihə İnstitutu çıxış edib. İnstitutun direktoru İlqar İsbatovun sözlərinə görə, həm “Bakı Metropoliteni” QSC-nin, həm də institutun planlarında Xırdalana metro stansiyasının çəkilməsi təklif edilir. (teleqraf.com)ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol