• $
  • €
  • ₽
  • ₺
  • £

Payızlıq əkinlərinin bəyanı bu tarixdən başlayır

Payızlıq əkinlərinin bəyanı bu tarixdən başlayır
01.09.2021 12:51
Sentyabrın 1-dən Azərbaycanda 2022-ci il üçün əkin bəyanlarının qəbuluna başlanılır. 
 
"Anews" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat yayıb.
 
Məlumata görə, sentyabrın 1-dən 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri, eləcə də Sabirabad, Masallı, Şəki, Kürdəmir, Ağcəbədi, Bərdə, Qəbələ, İmişli, Şamaxı, Tovuz, Balakən, Gəncə Regional ASAN xidmət mərkəzlərinə, Xaçmaz və Yevlax KOB evlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.
 
"Fermer bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabineti aktivləşdirməli, əkilən və ya yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir". - bunu AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal deyib.
 
Elektron kabinet ildə bir dəfə yenilənir. Əgər fermer onu ilin əvvəli aktivləşdiribsə, yenidən aktivləşdirməsi tələb olunmayacaq. Bəyan olunan bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, "Müraciət et" düyməsinə sıxaraq fermer elektron ərizəni formalaşdırır və sonradan onu dəyişmək imkanı olmur. Əgər yanvar ayına qədər əkinin dəyişdirilməsi ehtimalı varsa, sadəcə bəyanı daxil edib "Müraciət et" düyməsinə sıxmadan fermer 30 dekabra qədər bəyanı dəyişdirə bilər. 30 dekabra qədər onun müraciəti göndərilmədikdə fermerin subsidiyaya elektron ərizəsi formalaşmayacaq və ona subsidiya ödənilməyəcək.
 
"Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq", - deyə AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal əlavə edib.
 
Bəyanların qəbulu dekabrın 30-da başa çatacaq.
 
Fehruz Rza



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol