• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı
14.09.2021 12:35
Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb.  Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək göstərmək istəyən abunəçilər öz mobil telefonlarından "8112” qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla SMS göndərərək müvafiq olaraq, 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN məbləğində ianə edə bilərlər. Bakcell nömrələrindən SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!

Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkətinin də daxil olduğu "NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
 
(https://qdf.gov.az/)

Qarabağ Dirçəliş Fonduna digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: ( https://qdf.gov.az/iane-et/)

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol