• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar bu hallarda vergi ödəməyəcək

Banklar bu hallarda vergi ödəməyəcək
23.09.2021 14:38
Azərbaycan banklarında nəzarət altında olan təminatsız aktivlər, qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər üzrə xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid ediləcək.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası”nda öz əksini tapıb.

Bundan başqa, qaydaya əsasən, banka aidiyyəti olan şəxslərə verilən kreditlər üzrə gəlirdən çıxılmalara yol verilən məbləğin 50%-i və verilmiş kreditlər üzrə faizlərin ödənilməsi 90 gündən çox gecikdirildiyi halda hesablanmış faizlər üzrə yaradılmış xüsusi ehtiyat fondlarına aid edilən məbləğin 100%-i vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid olunacaq.

Aşağıdakı hallarda xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilmir:

- qənaətbəxş aktivlər üzrə xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər;

- aktivin təminatı qismində birinci və ikinci qrup təminat çıxış etdikdə həmin aktivlər üzrə xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər;

- yeni yaradılan və ya mənfəətlə işləyən müəssisələr istisna olmaqla, qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşu. Yeni yaradılan və ya mənfəətlə işləyən müəssisələrin ləğvi istisna olmaqla, onların fəaliyyətinin müvəqqəti dayandırılmasına görə ehtiyatlar yaradıldığı halda həmin ehtiyatlar gəlirdən çıxılmır;

- bank işində istifadə olunmayan aktivlər (əmlak);

- maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada kredit risklərinin qiymətləndirilməsi zamanı tələb olunan, habelə kreditlərin verilməsi ilə bağlı kredit dosyesinə daxil olunacaq sənəd və məlumatlar olmadan verilmiş kreditlər üzrə yaradılan ehtiyatlar.

Ümidsiz aktivlər üzrə yaradılmış xüsusi ehtiyat fonduna aid edilən məbləğlərdən vergitutma məqsədləri üçün həmin aktivlər üzrə təminatın Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydada təminatın likvid dəyərinin hesablanması üçün təminat qrupunun əmsalına uyğun likvid bazar qiyməti çıxılır.

Aşağıdakı hallarda keyfiyyət meyarına görə yaradılan xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər gəlirdən çıxılmır:

- qeyri-qənaətbəxş aktivlər üzrə: kreditin təyinatı üzrə istifadə olunmasını təsdiq edən sənədlər təqdim edilmədikdə; kredit müqaviləsi və ya kredit müqaviləsinin tərkib hissəsi olan biznes planda müəyyən edilmiş işlərin görülməsi qrafikində əhəmiyyətli gecikmələr olduqda; borcalanın zərərlə fəaliyyət göstərməsi 1 ildən artıq davam etdikdə; müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi 90 gündən çox olduqda; istehlak kreditləri üzrə borcalanın son 6 ay ərzində vaxtı keçmiş kreditinin olması;

- Gecikmə müddətinə görə aktivlərin təsnifatı qənaətbəxş aktivlər olduğu halda həmin aktivlərin aşağıdakı keyfiyyət meyarına görə: iqtisadi şəraitin dəyişməsi (ümumdaxili məhsulun real artım tempinin neqativ zonaya keçməsi, habelə inflyasiyanın Azərbaycan Mərkəzi Bankının hədəflənmiş həddindən yüksək olması və yaxud işsizliyin ötən ilin müvafiq dövrünün göstəricisindən 20%-dən çox artımı) nəticəsində borcalanın ödəmə qabiliyyətində neqativ hallar (son 6 ayda 2 dəfə 30 gündən artıq gecikmə müşahidə edildikdə) müşahidə edildikdə; borcun ödənilməsi ilə bağlı əlavə ödəniş mənbələrinə (məsələn, əlavə təminat, əmlakın satışı, borcalan tərəfindən əlavə vəsaitlərin cəlb olunması və s.) zərurət yarandıqda; bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun eyni bankda olan digər aktivlərindən biri və yaxud bir neçəsi qeyri-standart aktiv kimi təsnifləşdirildikdə. Bu meyar bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun qeyri-standart aktivlərinin cəminin onun (onların) ümumi öhdəliklərinin ən azı 20%-ni təşkil etdikdə tətbiq olunur; borcalanın aid olduğu bir-biri ilə əlaqədar borcalanlar qrupuna daxil olan mühüm iştirak payına malik olan şirkətlərdən biri müflis olduqda;

- təhlükəli aktivlər üzrə - kredit dosyelərində kreditin qiymətləndirilməsi ilə bağlı sənədlər mövcud olmadıqda;

- ümidsiz aktivlər üzrə - fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verildikdə.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol