• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA emonitorinqlərə başlayıb

AQTA emonitorinqlərə başlayıb
07.10.2021 21:00
Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması və onların vaxtında aşkarlanması, habelə ölkə ərazisində epizootik vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) epizootoloji monitorinqlərə başlayıb.

Monitorinqlər çərçivəsində iri və xırdabuynuzlu heyvanlar arasında brusellyoz və dabaq xəstəliklərinə qarşı peyvənddən sonrakı immun fonun təyini, həmçinin brusellyoz, infeksion epididimit, xırdabuynuzlu heyvanların taun xəstəliklərinin diaqnostikası üçün seroloji müayinələr aparılması nəzərdə tutulub.
Oktyabrın 1-dən başlayan monitorinqlər zamanı respublikanın 59 şəhər və rayonunun 400 yaşayış məntəqəsinin hər birində təsadüfi seçim üsulu ilə müəyyən olunmuş azı 5 fermer və ya ailə təsərrüfatı olmaqla ümumilikdə 15200 baş iribuynuzlu, 76400 baş xırdabuynuzlu heyvandan diaqnostik qan nümunələrinin götürülməsi planlaşdırılır. Götürülmüş qan nümunələri bir neçə xəstəliyə görə müayinə olunduqdan sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının serum bankında saxlanacaq. Elmi-risk qiymətləndirilməsinin aparılması məqsədilə toplanan qan nümunələri blutanq xəstəliyi üzrə də müayinələrə cəlb olunacaq.

Epizootoloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcəkdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol