• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
12.10.2021 11:14
Bu il dekabrın 8-9-da Bakı şəhərində V Beynəlxalq Bankçılıq Forumu (BBF) keçiriləcək.

Bu barədə Azərbaycan Banklar Assosiasiyası (ABA) məlumat yayıb.

Bildirilir ki, forum "Nağdsız İqtisadiyyat: Etibarlı, Təhlükəsizlik və Dayanıqlı” mövzusunda "MasterCard” şirkətinin tərəfdaşlığı çərçivəsində keçiriləcək. Tədbir sərgi zalı və sessiyaları ilə onsite keçiriləcək, bununla yanaşı onlayn təqdimatlar və onlayn iştirak imkanı da mövcud olacaq.

Bu tədbir Bakıda illik olaraq təşkil edilən iki tədbirdən biridir və regionun ən qabaqcıl maliyyə və bankçılıq tədbiridir.

"Kifayət qədər tarixə malik olan forum, bütün maraqlı tərəflərin görüşdüyü, yeni fikirlər, təcrübələr, məhsullar təqdim etdiyi, bir -birindən öyrəndiyi, şəbəkə qurduğu və maliyyə texnologiyalarına, rəqəmsallaşmaya, ödəniş ekosisteminə daha dərindən daxil olduğu mükəmməl bir platforma olaraq özünü göstərdi. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün həmişə yeni imkanların olması bizi ilhamlandırır", - ABA-nın məlumatında deyilir.

BBF və FINTEX Summit Azərbaycanda bütün bankların icraçı direktorlarının iştirak etdiyi yeganə maliyyə tədbirləridir.

Forum tənzimləyici qurumların, maliyyə texnologiyaları şirkətlərinin, assosiasiyaların baş menecerlərini, beynəlxalq maliyyə institutlarının, yerli səfirliklərin nümayəndələrini, akademikləri, tanınmış şirkətləri, qərar qəbul edənləri və inflyuenserləri bir araya gətirir.

Forum çərçivəsində aşağıda qeyd olunan mövzular ətrafında müzakirələr aparılacaq:

- Rəqəmsal Bank
- Hər Cihazda Bankçılıq
- Platforma Bankçılığı və Rəqəmsal Ekosistem
- İnnovativ Ödəniş Ekosistemi
- Rəqəmsal Valyutalar: Mərkəzi Banklara gedən yol
- Blokçeyn Texnologiyası: Maliyyə Xidmətlərində Tarixi Layihələr
- Təkmilləşən Ekommersiya: Artan Tələb
- Komplaynsa Fokuslanma
- Distant Bankçılıq: Təhlükəsiz İdentifikasiya
- Yeni Normal: Yeni Kibertəhlükəsizlik Trendləri

Bütün iştirakçıların COVID passportu olmalıdır.

Buradan Azərbaycan Respublikasına daxil olma qaydalarına nəzər sala bilərsiniz.: https://www.azal.az/en/offer/575



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol