• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA

"Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA
16.10.2021 18:40
Azərbaycanda təbii qazın qiyməti noyabrın birinə qədər köhnə qiymətlərlə hesablanacaq.
 
Bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, oktyabrın sonuna qədər qiymətlər əvvəlki kimi olacaq:
 
"Noyabrın 1 dək abonentlər 1200 kubmetrə qədər istifadə etdiyi qaza görə bir kubmetr üçün 10 qəpik, 1200 kubmetrdən 2500 kubmetrə qədər 20 qəpik ödəyəcək. Noyabrın 1 dən isə 1200 kubmetrə əhali abonenti 1 jşkubmetr qaza görə 12 qəpik ödəyəcək. 1200 kubmetrdən yuxarı istifadə edənlər üçün isə qiymətlər dəyişməyəcək.
 
Sənaye və kənd təsərrüfatında isə qazın bir kubmetri 20 qəpikdən 25 qəpiyə qaldırılacaq. "Azəriatiliktəchizat" isə noyabrın 1 -dən qazın bir kubmetrinə görə 13 qəpik deyil, 16.5 qəpik ödəyəcək",- deyə o əlavə edib. 

Ruslan Əliyev təbii qazın bahalaşması səbəblərini də açıqlayıb.O bildirib ki, buna səbəb beynəlxaq bazarda qaz və qaz avadanlıqlarının bahalaşmasıdır:
 
"Bunun səbəbləri isə beynəlxalq bazarda qiymət artımı ilə bağlıdır. Əgər biz bu vaxta qədər qazın topdan satışını 110 manata alırdıqsa, artıq indi bu qiymət 118 manatdır.
Həmçinin, beynəlxalq bazarda qaz qurğularının, avadanlıqların qiymətləri bahalaşıb. On görə də, bu bahalaşma qazın satış qiymətin də təsirsiz ötüşməyib", - deyə Ruslan Əliyev bildirib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol