• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsində bir qrup xarici jurnalistlə görüş olub

Dövlət Komitəsində bir qrup xarici jurnalistlə görüş olub
25.10.2021 17:24
Oktyabrın 25-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsveç Krallığının ölkəmizdə səfərdə olan media nümayəndələri – Mariya Bertell, Aqneta Nordin, Dəniz Merdol və Alf Mikael Silkeberq ilə görüşüb.
 
Qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki,  Ermənistanın deportasiya, milli ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin düşüb, böyük çətinliklərlə üzləşib, maddi-mənəvi itkilərə məruz qalıb. Otuz ilə yaxın müddətdə  onların problemlərini həlli üçün məqsədyönlü iş aparılıb. Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətinin mühüm prioritetlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir, onların həyat şəratinin yaxşılaşdırılması üçün həyata keçirilən bir sıra layihələrin təşəbbüsçüsüdür. Vurğulanıb ki, Ermənistanın işğalına son qoyulması, doğma yurda qayıdışın təmin edilməsi məcburi köçkünlərin ən böyük arzusu olub. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının başlanması üçün dövlət rəhbərliyi və səlahiyyətli orqanlar tərəfindən çoxşaxəli və intensiv iş aparılır.
 
Qonaqlara işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri və məcburi köçkünlərin qayıdışa hazırlanması barədə də məlumat çatdırılıb.
 
İsveçli jurnalistlər ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara, həmçinin Bərdə və Gəncə şəhərlərinə gedəcəklərini bildiriblər.
 
İsveç Krallığındakı Azərbaycan diasporunun üzvü, rejissor və ssenarist Rahim Sadıqbəylinin də iştirak etdiyi görüşdə xarici jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol