• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank 3-cü rübü də mənfəətlə başa vurub

Unibank 3-cü rübü də mənfəətlə başa vurub
25.10.2021 19:01

 
"Unibank” KB ASC 2021-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb.
 
30 sentyabr 2021-ci il tarixinə Bankın əməliyyat gəlirləri 116 milyon manat təşkil edib. İlin ilk 9 ayında qazanılmış faiz gəlirləri 87 milyon manat, qeyri-faiz gəlirləri isə 29 milyon manat olub. Xüsusi vurğulamaq lazımdır ki, Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 48% artıb. 
 
"Unibank”ın depozit portfeli də ilin ilk 9 ayı ərzində böyüyüb. Müddətli depozitlər ilin əvvəlindən 119 mln artaraq, 30 sentyabr 2021-ci il tarixinə 453 milyon manat təşkil edib. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 9 ay ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. İlin əvvəli ilə müqayisədə təkcə Visa və Mastercard debet kartları 53% artaraq 421 mini keçib.
 
Bu ilin əvvəlindən etibarən Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. İlin əvvəli ilə müqayisədə "Unibank”ın ümumi kredit portfelinin həcmi 160 milyon manata yaxın- 28% artıb.
Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi bu ilin əvvəlindən 29% artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 45 milyon manat təşkil edib.
 
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ilin əvvəlindən bu yana "Unibank”ın aktivlərinın həcmində 18% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 961 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna bankın balans kapitalı 98 milyon manata çatıb, xalis mənfəəti isə 4 milyon manat təşkil edib.
 
Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən bir dövrdə "Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. Təkcə bu ilin əvvəlindən UBank-da qeydiyyatdan keçənlərin sayı 46% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin üçüncü rübündə mobil tətbiq  vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi 15%, say olaraq isə 63% artıb.
Üçüncü rüb ərzində Unibank ölkədə ilk rəqəmsal bank olan "Leobank”ı istifadəyə verib. Leobank «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq yaradılmışdır. Azərbaycanda nağdsız ödənişlərin inkişafına daha da təkan vermək, müştəriləri bütün bank məhsul və xidmətləri ilə rəqəmsal formada təmin edən Leobank istifadəçilərinin sayı günü gündən artmaqdadır.
 
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  
Unibank-Sənin Bankın!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol