• $
  • €
  • ₽
  • ₺
  • £

bp-nin baş icraçı direktoru Bernard Luninin Bakıya səfəri

bp-nin baş icraçı direktoru Bernard Luninin Bakıya səfəri
11.11.2021 14:04
bp-nin baş icraçı direktoru Bernard Luni Azərbaycanda ikigünlük səfərdədir. Bu, planlaşdırılmış işgüzar səfərdir.

Səfər proqramında nəzərdə tutulduğu kimi, bu gün səhər cənab Luni Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev tərəfindən qəbul edilmiş və görüşdə bp-nin Xəzər regionunda əsas biznes fəaliyyəti olan neft və qaz layihələri çərçivəsində görülən işləri müzakirə edib.

Görüş zamanı cənab Luni həmçinin bp-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha vurğulamış, görüləcək işlər və planlar haqqında məlumat vermiş, bp-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlayıb.
Cənab Luni bu gün həmçinin SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevlə də görüşüb.

Səfər çərçivəsində cənab Luni bir sıra digər görüşlər, o cümlədən bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionundakı bütün işçi heyəti ilə onlayn görüş keçirməyi planlaşdırır.

Sabah isə cənab Luni Azəri-Mərkəzi-Şərqi (ACE) platformasının üst modullarının istehsal-quraşdırma işlərinin aparıldığı tikinti sahəsinə baş çəkəcək. ACE layihəsi Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsinin növbəti mərhələsidir. Hazırda layihənin icrası üzrə işlər ümumilikdə 60% tamamlanıb və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub. ACE-dən ilk hasilatın 2023-cü ildə əldə edilməsi planlaşdırılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol