• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank Qarabağın dirçəlişinə dəstək olur

AccessBank Qarabağın dirçəlişinə dəstək olur
30.11.2021 18:24
Ölkənin məsuliyyətli korporativ vətəndaşı kimi AccessBank Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın dirçəlişinə dəstək olur. 

AccessBank hələ Vətən müharibəsinin ilk günlərində Azərbaycanın bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə zərər çəkmiş şəxslərə yardım məqsədilə 200 min manat vəsait ayırdı. Bu vəsait hərbi hospitallara və cəbhəyani ərazilərdə yaralılara ilkin yardım göstərmək üçün dərman və tibbi ləvazimataların alınmasına xərcləndi. Vəsaitin bir hissəsinə isə hərbçilərin ilkin ehtiyaclarını ödəmələri üçün mallar alındı.

AccessBank müharibədən zərərçəkmiş mülki şəxslərə də humanitar yardım göstərdi. Bank tərəfindən zərərçəkmiş Bərdə və Ağcabədi sakinlərinə gündəlik tələbatlarını ödəmək üçün adyal, kiçik məişət texnikaları və birdəfəlik qab-qacaq göndərildi. 

44 günlük müharibə başa çatdıqdan sonra da AccessBank-ın əməkdaşları bu istiqamətdə - bu dəfə müharibənin nəticələrinin aradan qaldırılması və Qarabağın bərpası üçün fəaliyyətlərini davam etdirdilər. Bank tərəfindən unikal tibbi avadanlıqlar alınaraq İdman və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası nəznində İdman və Reabilitasiya Mərkəzinə təhvil verildi,  onların köməyi ilə əsgər və zabitlər əməliyyatlardan sonra reabilitasiyada keçərək ayağa qalxdılar. 
Vətən müharibəsinin ildönümündə isə AccessBank Qarabağ Dirçəliş Fonduna 100 min manat ianə etdi. Lakin bankın bu istiqamətdə fəaliyyəti bununla bitmir. AccessBank mikro sahibkarlarla, xüsusilə də kənd təsərrüfatı sektorunda işləyənlərlə uzun illərin əməkdaşlığını, eləcə də ölkənin qərb bölgələrində filiallarının olmasını nəzərə alaraq, Qarabağda biznes fəaliyyətinin bərpasında sahibkarlarla fəal əməkdaşlıq etmək niyyətindədir. 
"Bankımızın kollektivi 44 günlük kampaniyada xalqın yanında oldu. Həmkarlarımızı cəbhəyə necə yola saldığımızı və onların qayıtmasını səbirsizliklə gözlədiyimizi indi də xatırlayıram. Təəssüf ki, hamısı geri dönmədi... Allah dünyasını dəyişənlərin ruhunu şad eləsin! Əminəm ki, işğaldan azad edilmiş rayonların sakinləri tezliklə evlərinə, normal həyatlarına qayıdacaqlar. İyirmi ildir ki, Azərbaycanda mikrokreditləşmə ilə məşğul olan və bu sahədə lider mövqeyə malik AccessBank üçün ölkənin regionlarında sahibkarlara və ailə biznesinə dəstək çox vacibdir. İşğaldan azad edilmiş rayonlarda sahibkarların, o cümlədən kənd təsərrüfatının dəstəklənməsi işi bankımızın sosial missiyasının mühüm tərkib hissəsinə çevrilir” deyə AccessBank-ın İdarə Heyətinin sədrinin vmie Yevgeniya Qaşikulina bildirib.







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol