• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 10 mindən çox kommersiya qurumu yaradılıb

Bu il 10 mindən çox kommersiya qurumu yaradılıb
07.12.2021 13:46
Bu ilin dekabrın 1-nə Azərbaycanda uçotda olan 1 321 539 vergi ödəyicisinin 87,8%-i fiziki şəxslər, 12,2%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,9%, o cümlədən kommersiya qurumlarının sayı 8,4% artıb.
 
Yanvar-noyabrında 10 769 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5% çoxdur. Hesabat dövründə qeydiyyatdan keçən kommersiya qurumlarının 90,7%-i yerli investisiyalı, 9,3%-i xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2529-nun (ümumi qeydiyyatın 23,5%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,7% təşkil edib. 2020-ci ilin mart ayından etibarən başlanan 12 aylıq azalma dövründən sonra, ardıcıl doqquz ayda (2021-ci ilin mart-noyabr ayları) qeydiyyatın sayında artım müşahidə edilib.

Yanvar-noyabrı ərzində dövlət qeydiyyatına alınmış yerli investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,6% artıb ki, bu da bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib.

Fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 7780 vahid təşkil edib. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə ötən ilə nisbətən 2,5% artıb.

Bu ilin 1 dekabr tarixinə qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artıb, xüsusi çəkisi isə 59,8%-ə yüksəlib. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7% artıb. Ümumiyyətlə, müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,3% artaraq 41 543 vahid təşkil edib. (apa.az)


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol