• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank bu güzəşt müddətini bir il uzatdı

Mərkəzi Bank bu güzəşt müddətini bir il uzatdı
30.12.2021 18:30
Ani Ödənişlər Sistemi vasitəsilə fiziki şəxslər tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə xidmət haqqı tariflərinə tətbiq olunan güzəşt müddəti uzadılıb.

Anews.az xəbər verir ki, bu barədə Mərkəzi Bankməlumat yayıb.

Bildirilib ki, AÖS-ün istismara verilməsi ilə fiziki və hüquqi şəxslər üçün maliyyə xidmətlərinə 24/7/365 rejimində çıxış imkanı yaradılmaqla, istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən real rejimdə köçürmələrin aparılması, Hökumət Ödəniş Portalı (HÖP) ödənişlərinin icrası, habelə QR kod vasitəsilə ödənişlərin həyata keçirilməsi təmin edilmişdir. Sistemin funksionallıqlarının genişləndirilməsi tədbirləri çərçivəsində AÖS-ün "AniPay” mobil tətbiqi və internet səhifəsi (www.anipay.az) istismara verilib və multibankçılıq funksionallığı əsasında müştərilərə bütün bank hesablarını vahid platforma üzərindən idarə etmək imkanı təqdim olunub.

Eyni zamanda, iştirakçı bankların elektron bankçılıq xidmətlərinin AÖS-ə inteqrasiyası üzrə işlər aktiv şəkildə davam etdirilir.
AÖS-ün əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin növbəti strateji dövr ərzində dəstəklənməsi, habelə iştirakçı banklar və milli poçt operatoru tərəfindən fiziki şəxslərin sistemin imkanlarından istifadəsinin stimullaşdırılmasına əlverişli şəraitin yaradılması məqsədilə Mərkəzi Bank tərəfindən fiziki şəxslər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə sistemdən istifadəyə görə iştirakçı təşkilatlardan xidmət haqqının tutulmaması qərarı verilib və güzəşt müddəti 01 yanvar 2022-ci ildən 01 yanvar 2023-cü il tarixinədək uzadılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol